Seçicilər deputatla görüşdə nədən danışdı? – FOTOLAR

111 saylı Zaqatala-Balakən seçki dairəsinin deputatı Kamilə Əliyeva  Zaqatala şəhərində yerləşən deputat ofisində seçiciləri qəbul edib və kəndlərdə bir sıra görüşlər keçirib.

Etikxeber.az xəbər verir ki, bu görüşlər Zaqatala rayonunun Üçüncü Tala və Danaçı kəndlərində, Balakən rayonunda isə Katex, Mahamalar və Hənfə kəndlərində keçirilmişdir. Görşlərdə seçicilərə, vətəndaşların rifah halının yüksəldilməsi üçün dövlət tərəfindən görülmüş işlər barədə məlumat verilmişdir.

Cənab prezident İlham Əliyevin Azərbaycan vətəndaşına diqqəti və qayğısını  heç bir zaman əsirgəmədiyini seçicilərin nəzərinə çatdırdı. Eyni zamanda cənab prezidentin  vətəndaşların  sosial yaşayış səviyyəsinin yüksəldilməsi istiqamətində verdiyi sərəncamlar və buna müvafiq qəbul edilmiş qərarlar haqqında görüşlərdə  ətraflı məlumat verilmişdir.

Sonra görüşlərdə seçicilərin şifahi və yazılı müraciətlərinə baxılmışdır. Onların bəziləri yerində həll edilmiş , bəziləri isə həll edilməsi məqsədi ilə aidiyyəti orqanlara çatdırılacağı bildirilmişdir.

Etikxeber.az

Read Previous

İki Əliyev və bir Azərbaycan – ZAHİD ORUC YAZIR

Read Next

AFİNA VƏ ANKARANIN BARIŞI İRƏVANI NARAHAT ETMƏLİDİRMİ? – DEPUTAT YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir