Seçiciləri Azər Badamova hansı-SÖZÜ VERDİ, RƏQİBİ NƏ DEDİ? – FOTOLAR – YENİLƏNİB

Bu gün görüşlərimizə Urva kəndinin seçiciləri ilə görüşdən başladıq.

Etikxeber.az xəbər verir ki, bunu iki dəfə Milli Məclisin (MM) üzvü seçilən və Qusardan növbəti dəfə deputatlığa namizəd Azər Badamov deyib.

O, qeyd ediub ki, görüş çox səmimi keçib.

“Seçicilər deputatlıq fəaliyyətimdən məmnun qaldıqlarını bildirərək, 9 fevralda hamılıqla yenidən səs verəcəklərini bildirdilər”-deyə, o, əlavə edib.

Qeyd edək ki, A.Badamov Qusarı 2010-cu ildən MM-də təmsil edir.

O, MM-in Regional, Gənclər və idman komitələrinin üzvüdür.

Parlamentdə və mediada fəallığı ilə seçilənlərdəndir.

***

“Seçicilərlə görüşlərimiz uğurla davam edir. Növbəti görüşümuz Çiləgir kəndinin seçiciləri ilə oldu”.

Bunu da A.Badamov deyib.

“Çiləgir kəndinin seçiciləri ilə görüşümüz zamanı maraqlı bir hadisə baş verdi və onu sizlərlə bölüşmək istəyirəm. Görüşümüz zamanı mənimlə siyasi mübarizə aparan digər bitərəf mamizəd Hacimirzə Ağamirzəyev seçicilərimin arasında məni gözləyirdi. Görüşə gələndə seçicilərimlə, o cümlədən, rəqib namizədlə də çox səmimi görüşdüm. Sonra mən seçicilərim qarşısında dövlətin uğurlu siyasətindən, 9 illik fəaliyyətimdən və yenidən seçiləcəyim təqdirdə, planlarımdan geniş danışandan sonra namizəd Hacimirzə Ağamirzəyev ona söz verməyimi xahiş etdi. Deputalığa namizəd Ağamirzəyev seçkilərin bir siyasi mübarizə olduğunu və bu mübarizəyə özünün də qoşulduğunu qeyd edərək, mənim depitatlıq fəaliyyətimin çox müsbət olduğunu dedi.

Eyni zamanda, seçkilərdə ən layiqli namizəd olduğumu ifadə edərək, mənə uğurlar arzuladı. Mən siyasi mədəniyyət göstərdiyinə görə Hacımirzə Ağamirzəyevə təşəkkürümü bildirirəm. Görüşdə Çiləğirli seçicilər mənim fəaliyyətimə müsbət dəyər verdiklərini biıdirərək, 9 fevralda keçiriləcək parlament seçkilərində YAP-ın namizədinə alternativ görmədiklərini bildirdilər”-deyə, o, sonra qeyd edib.

Etikxeber.az

Read Previous

Prezident seçkilərinin “ikincisi”-ŞƏHİD AİLƏSİNDƏ – FOTOLAR – YENİLƏNİB

Read Next

“Tam ədalətli mühit bərabərlik və həmrəylik olan yerdədir”-RAFAEL HÜSEYNOV AŞPA-YA SƏSLƏNDİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir