“Seçicilərin YAP-ın namizədlərinə səs verəcəyi şübhəsizdir…” – İBRAHİMQIZI İDDİALI VƏ İNAMLI DANIŞDI – FOTOLAR

Ölkəmizdə keçirilən seçkilər hər zaman mühüm siyasi hadisə kimi cəmiyyətimizin diqqət mərkəzində olur və vətəndaşlarımız seçkilərdə fəal iştirak edirlər. İnanıram ki, 9 fevral parlament seçkiləri də bu qəbildən olacaq və vətəndaşlarımız bir daha seçki məntəqələrinə gedərək Azərbaycanın inkişafına, rifahına, sabitliyinə, bir sözlə, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri, ölkə Prezidenti İlham Əliyevin siyasətinə səs verəcəklər. Çünki cənab İlham Əliyevin uğurlu fəaliyyəti birmənalı olaraq xalqımız tərəfindən dəstəklənir. Bu mənada, qarşıdan gələn parlament seçkilərində seçicilərin cənab İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəyi şübhəsizdir.

Etikxeber.az xəbər verir ki, bunu 5-ci dəfə deputatlığa namizəd, YAP Siyasi Şurasının üzvü və Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı deyib

“Bilirsiniz ki, ötən illər ərzində Azərbaycan olduqca mühüm nailiyyətlər əldə edib. İstər daxili, istərsə də xarici arenada strateji uğurlar qazanılıb. Vurğulamaq lazımdır ki, Prezident İlham Əliyev dövlət başçısı kimi Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu müasir dövrün çağırışlarına uyğun daha da inkişaf etdirərək uğurla həyata keçirir. Bu illər ərzində ölkəmiz həm iqtisadi, həm siyasi, həm də beynəlxalq sahələrdə böyük nailiyyətlər qazanıb. Möhtərəm Prezidentimizin  zəngin diplomatiyada və dövlət  idarəçiliyindəki zəngin təcrübəsi və biliyi, eləcə də  şəxsi nüfuzu və xarizmasının nəticəsidir ki, ölkəmizə beynəlxalq ictimaiyyet tərərəfindən çox böyük hörmət var”-deyən M. İbrahimqızının sözlərinə görə, Azərbaycanda aparılan davamlı və uzunmüddətli iqtisadi islahatlar nəticəsində ölkəmiz iqtisadi inkişaf sürətinə görə dünyanın lider dövlətləri ilə bir sırada dayanır. Bunun nəticəsidir ki, dünyada ilk dəfədir ki, 25 il müstəqillik tarixi olan bir dövlətə  2011-ci ildə 155 dövlətin dəstəyi ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü seçildi:

“Həqiqətən də  gənc ölkə üçün müstəsna əhəmiyyətli uğur idi. Azərbaycan həm də kosmos ölkələri sırasındadır ki, bu uğura da hər bir dövlət nail ola bilməyib. Eyni zamanda, ölkəmiz nəhəng enerji layihələrinin müəllifidir.

Əlbəttə ki, bu uğurların sayını kifayət qədər artırmaq olar. Reallıq odur ki, Azərbaycan ötən illər ərzində misilsiz nailiyyətlər əldə edib. Bütün bunlar həm də Yeni Azərbaycan Partiyasının nailiyyətləridir. Ona görə də, belə möhtəşəm nailiyyətlərə imza atan partiyamızın qarşıdan gələn seçkilərdə şansı çox yüksəkdir…”.

Etikxeber.az

Read Previous

Qənirə Paşayeva seyid ailəsinin də-XEYİR-DUASINI ALDI – FOTOLAR

Read Next

“Mirzə Xəzər “Şərəf”, “Şöhrət”, hətta, “İstiqlal” ordeninə tam layiqdir” – İSA QƏMBƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir