Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
111 saylı Zaqatala-Balakən seçki dairəsinin deputatı Kamilə Əliyeva Zaqatala şəhərində yerləşən deputat ofisində seçiciləri qəbul edib və kəndlərdə bir sıra görüşlər keçirib.
Etikxeber.az xəbər verir ki, bu görüşlər Zaqatala rayonunun Üçüncü Tala və Danaçı kəndlərində, Balakən rayonunda isə Katex, Mahamalar və Hənfə kəndlərində keçirilmişdir. Görşlərdə seçicilərə, vətəndaşların rifah halının yüksəldilməsi üçün dövlət tərəfindən görülmüş işlər barədə məlumat verilmişdir.
Cənab prezident İlham Əliyevin Azərbaycan vətəndaşına diqqəti və qayğısını heç bir zaman əsirgəmədiyini seçicilərin nəzərinə çatdırdı. Eyni zamanda cənab prezidentin vətəndaşların sosial yaşayış səviyyəsinin yüksəldilməsi istiqamətində verdiyi sərəncamlar və buna müvafiq qəbul edilmiş qərarlar haqqında görüşlərdə ətraflı məlumat verilmişdir.
Sonra görüşlərdə seçicilərin şifahi və yazılı müraciətlərinə baxılmışdır. Onların bəziləri yerində həll edilmiş , bəziləri isə həll edilməsi məqsədi ilə aidiyyəti orqanlara çatdırılacağı bildirilmişdir.
Etikxeber.az