Seçiciləri nəyə görə millət vəkilinə-TƏŞƏKKÜR ETDİLƏR? – FOTOLAR

Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva Zərdab rayonunda pandemiya şəraitində növbəti aylıq online görüşünü keçirib.

Etikxeber.az xəbər verir ki, görüşdə Zərdab şəhərindən və rayonun Əlibəyli, Xanməmmədli, Dəliquşçu, Dəkkəoba, Nəzəralı, Məlikli kəndlərindən qəbul üçün ay ərzində deputata və köməkçisinə müraciət edən vətəndaşlar iştirak edib.

Müraciətlər əsasən işlə təmin olunma, ünvanlı sosial yardımın və əlillik dərəcəsinin təyinində qarşıya çıxan problemlərlə bağlı olub.

Eyni zamanda, qəbulda seçicilər tərəfindən həyətyanı torpaq sahəsinin verilməsi, səhiyyə problemləri, təhsil krediti, əfv məsələləri və məhkəmə işi ilə bağlı məsələlər də qaldırılıb.

Yerli xarakterli məsələlərdən bir-neçəsi ilə əlaqədar olaraq deputat tərəfindən müvafiq qurumlarla elə qəbulun gedişində telefon danışığı aparılıb, qaldırılan məsələlər diqqətə çatdırılıb.

Seçicilərin toxunduqları respublika əhəmiyyətli digər məsələlərin isə, onların yazılı müraciətləri daxil olduqdan sonra müvafiq təşkilatlara ünvanlanacağı bildirilib.

Qəbula gələnlər müraciətlərinə operativ və qısa müddətdə cavab verildiyi, pandemiya şəraitinə rəğmən davamlı olaraq hər ay canlı və videoformatda qəbullar təşkil etdiyi üçün millət vəkilinə təşəkkür ediblər.

Etikxeber.az

Read Previous

“Türkiyəyə edilən yanlış bizə edilmiş yanlış sayılır…”-ELDƏNİZ SƏLİMOVDAN NÖVBƏTİ AÇIQLAMA, NÖVBƏTİ ETİRAZ

Read Next

Kürdəmirin İgidləri, Qəhrəmanları, İkinci Vətən Müharibəsi Şəhidləri-CƏMİL, NAHİD, RAMİL, NURLAN, İLQAR… ATALARININ ADINI DAŞIYAN ŞƏHİD ÖVLADLARI-NAHİD VƏ RAMİL… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir