Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Yazıçı-dramaturq Əmir Pəhləvan tanınmış ictimai-siyasi xadim, akademik, deputatlığa namizəd Ziyad Səmədzadəyə şeir həsr edib.
Etikxeber.az həmin şeri olduğu kimi təqdim edir:
“SEÇİM SİZİNKİDİR, DÜZƏ SƏS VERİN!”
Biz yenə görüşdük, ay əzizlərim,
Yenə görüşdürdü istəklər bizi,
O dəfə çin oldu, vədim, sözlərim,
Bu dəfə göstərin iradənizi.
Həmişə mən Sizə arxalanmışam,
Gərək səsinizi cahana yayam,
Həmişə yolumda olubsunuz şam,
O nuru mən geri qaytarmalıyam.
“Millət”-deyənləri, “bal” yeyənləri,
Hamınız, hamınız tanımalısız,
Sizlərə “gəl”-deyib, “can” deyənləri
– Özünüz birəbir sınamalısız.
Siz ey sevənlərim, səs verənlərim,
Sizlərə Göy qədər məhəbbətim var,
Qayadan möhkəməm, bulaqdan həlim,
Mənim də bax belə təbiətim var.
Mən sizin adamam – sadə, işgüzar,
Həmişə yaratmaq diləyindəyəm,
Xoşbəxtəm- sizlər tək tərəfdarım var,
Xoşbəxtəm – sizlərin ürəyindəyəm.
Biz yenə görüşdük, ay əzizlərim,
Yenə görüşdürdü istəklər bizi,
O dəfə çin oldu vədim, sözlərim,
Bu dəfə – göstərin iradənizi.
Həmişə mən sizə arxalanmışam,
Gərək səsinizi aləmə yayam,
Həmişə yolumda olubsunuz şam,
O nuru mən geri qaytarmalıyam.
İndi söz də sizin, meydan da sizin,
Ən doğru, ən dürüst sözə səs verin,
İşığı var olsun ürəyinizin,
Haqqa, ədalətə, düzə səs verin.
Etikxeber.az





