Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI

Millət vəkili, 55 saylı Xaçmaz Şəhər Seçki Dairəsindən ikinci dəfə deputatlığa namizəd Eldəniz Səlimov seçki kampaniyasını başa vurub.
Etikxeber.az-ın xəbərinə görə, ötən dövrdə çoxsaylı görüşlərə imza atan, seçiciləri ilə fərdi və qrup halında görüşən, təbliğat-təşviqat kampaniyasını uğurlu şəkildə həyata keçirən E. Səlimov bir daha seçiciləri ilə bir araya gəlib.
Onlarla görüşüb, söhbətləşib, fikirlərini dinləyib, öz mövqeyini səsləndirib.
Deputatlığa namizəd ötən müddət ərzində ona verdikləri dəstəklərinə görə, seçicilərinə, Dairənin sakinlərinə, xaçmazlılara dərin təşəkkür və minnətdarlığını ifadə edib.
Bir daha onları seçkilərdə, səsvermədə fəal olmağa səsləyib.
Qeyd edək ki, 2015-ci ildən (5-ci çağırış) parlamentin üzvü olan E. Səlimov Milli Məclisin (MM) Aqrar siyasət, Gənclər və idman komitələrinin təmsilçisidir.
Fəal deputatlardandır.


Etikxeber.az





