“Seçki Məcəlləsinə yenidən baxılsın” – MƏLAHƏT İBRAHİMQIZI

Seçki Məcəlləsinə yenidən baxılmalıdır.

Etikxeber.az xəbər verir ki, bunu bu gün Milli Məclisin (MM) plenar iclasında qanunvericilik işlər planının müzakirəsi zamanı YAP-çı deputat Məlahət İbrahimqızı bildirib.

M. İbrahimqızı deyib ki, seçkilər yeni başa çatıb: “9 fevral seçkilərində bir sıra namizədlər bütün qanunları pozaraq, hər yerdə videoçəkilişlər etmək istəyirdilər. Seçki günü namizədin heç bir hüquqi olmur. Amma seçkilərdə monoloq söyləyən, seçki qutusunun üstündə oturan namizədlər gördük”.

M. İbrahimqızı qeyd edib ki, onlara seçicilərlə ayda 2 dəfə görüşlər keçirilməsi tövsiyə edilib: “Təklif edirəm ki, seçicilərlə görüşlərimiz, Milli Məclisin iclasları və komitələrdə keçirilən iclaslarla üst-üstə düşməsin. Deputatlar həm seçicilərlə görüşdə, həm də Milli Məclisin və komitələrin iclaslarında iştirak edə bilsinlər”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Milli Məclisin iclasları saat 11.00-da başlayıb, 13:00-da bitsin…” – ELMAN MƏMMƏDOV

Read Next

Ədalət Vəliyev-MİLLİ MƏCLİSƏ NİYƏ GƏLİBMİŞ? – ÖZƏL

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir