Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Martın 2-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
Etikxeber.az xəbər verir ki, iclasda əvvəlcə Suriyanın İdlib şəhərində şəhid olmuş 34 türk əsgərinin və ötən həftə vafat etmiş istiqlalçı millət vəkili İsgəndər Həmidovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müsavat seçki qərargahının sədri Gülağa Aslanlı seçkilərlə əlaqədar partiyanın deputatlığa namizədlərinin verdiyi rəsmi şikayətlərə məhkəmə orqanlarında baxılması prosesinin gedişatı barədə məlumat verib.
Bildirilib ki, ölkə üzrə 1400-ə yaxın namizəd seçkilərə qatılsa da, seçki pozuntuları ilə bağlı hüquqi çəkişməni Ali Məhkəmə instansiyasına qədər davam etdirənlərin təqribən yarısı müsavatçılardır.
Divan üzvü Nemət Kərimli təklif edib ki, deputatlığa namizədlər ləğv olunmuş seçki məntəqələrində baş vermiş pozuntularla əlaqədar cinayət işinin qaldırılması tələbilə prokurorluğa müraciət etsinlər.
İclasda qeyd edilib ki, martın 3-də saat 15:00-da Müsavat Partiyasının qərargahında deputatlığa namizədlərin ümumi toplantısı keçiriləcək.
Müsavat başqanı Arif Hacılı bu toplantıya Real partiyası və “Hərəkət bloku” təmsilçilərinin, eləcə də müstəqil namizədlərin dəvət olunduğunu bildirib.
Arif Hacılı Prezident Aparatının şöbə müdiri Ədalət Vəliyevlə görüş üçün dəvət aldığı, bu görüşün Müsavat Partiyasının qərargahında keçirilməsinin siyasi baxımdan düzgün olduğu barədə cavab yazdığı haqda məlumat verib.

***
Müsavat Partiyasında seçkilərin nəticələrindən narazı qalan deputatlığa namizədlərin toplantısı öz işinə başlayıb.
Toplantıda əsasən Müsavatdan, “Hərəkət”-dən və REAL-dan olan namizədlər iştirak edirlər.

***
Müsavatdan verilən məlumata görə, media üçün açıq olan toplantıda seçki saxtakarlığından sonra yaranan durum müzakirə elilib, atılacaq addımlara dair təkliflər irəli sürülüb.
Toplantıda Arif Hacılı, Natiq Cəfərli, İlkin Rüstəmzadə, Fərhad Mehdiyev, İsa Qəmbər, Ruslan İzzətli, Bəxtiyar Hacıyev, Fikrət Cəfərli, Səxavət Soltanlı, Gülaga Aslanlı, Ülvi Quliyev, Dünyaxanım Cahan, Cahangir Əmirxan, Söhrab,Əmrahov, Liminət Əmrahlı,Osman Kazımov, Razim Əmiraslanlı, Namiq Niftiyev, Fərəc Kərimli, Arzu Səmədbəyli, Almaz Əliqızı, Nüşabə Sadıxlı, Valeh Hümmətoğlu, Könül Alı, Tahir Hüseynov , Zakir İsmayıl, Mərdan Mehdili, Dadaş Əhmədli, Yusif Mehdi, Çingiz Əli və digərləri – ümumilikdə 70-dən artıq deputatlığa namizəd iştirak edib.
Seçkilərin nəticələrinin ləğv olunması istiqamətində səylərin birləşdirilməsi qərara alınıb və fəaliyyətin koordinasiya edilməsi üçün 7 nəfərdən ibarət işçi qrupu yaradılıb.
İşçi qrupuna Gülağa Aslanlı, Natiq Cəfərli, İlkir Rüstəmzadə, Fərhad Mehdiyev, Bəxtiyar Hacıyev, Ruslan İzzətli və Limunət Əmrahlı daxil olublar


***
“Bu gün Müsavat Partiyasının qərargahında Müsavat, REAL partiyaları, NİDA, D 18 təşkilatları, “Hərəkət”, “Cümhuriyyət” blokları və ictimai sektoru təmsil edən namizədlərin toplantısı keçirildi. 80-dək deputatlığa namizədin iştirk etdiyi toplantıda maraqlı çıxışlar, mühüm təkliflər oldu”.
Bunu isə Müsavatın başqanı A. Hacılı deyib.
Əlavə edib ki, seçkilərin nəticələrinin ləğv edilməsi ilə bağlı bəyanatı imzalayan namizədlərin sayı 200-dən keçib.
“Seçki saxtakarlığına qarşı mübarizənin koordinasiyasını təşkil etmək məqsədi ilə
Gulağa Aslanlı
Natiq Cəfərli
İlkin Rüstəmzadə
Ruslan İzzətli
Bəxtiyar Hacıyev
Limunət Əmrahlı və
Fərhad Mehdiyevin daxil olduğu işçi qrupu yarandı. İşçi qrupu toplantıda sələnən təklifləri də nəzərə almaqla seçki saxtakarlığına qarşı mübarizənin bundan sonrakı mərhələsi üçün fəaliyyət istiqamətlərini müəyyənləşdirəcək. Bu istiqamətdə siyasi fəaliyyətin koordinasiyasını həyata keçirəcək. Məncə, siyasi mübarizənin yeni mərhələsinə daxil olduq…”-deyə, A. Hacılı sonra bildirib.
***
“Çıxışımda qeyd etdim ki, növbədənkənar seçki tələbi sadəcə siyasi zərurət deyil, həm də məntiqi baxımdan qaçılmazdır. Çünki rejimin “müdrik” qərarları nəticəsində 2024-cü il dekabrda bələdiyyə, 2025-ci il fevralda parlament, 2025-ci il apreldə prezident seçkiləri keçirilməlidir!?! 5 ayda 3 seçki! Aydın məsələdir ki, bu mümkün deyil”.
Bunu da eks-spiker İsa Qəmbər dilə gətirib.
“Həm də təklif etdim ki, məsələyə strateji yanaşma baxımından yeni (və ya yenilənmiş) Konstitusiya zəruridir. Müxtəlif siyasi qüvvələrin iştirakı ilə mütəxəssislərdən ibarət Konstitusiya Komitəsi yaradılmalı, parlamentli respublikaya keçid, proporsional seçki və digər önəmli mövzular ciddi müzakirə edilməli, müvafiq layihə hazırlanıb referenduma çıxarılmalıdır. Əks təqdirdə, istənilən addımlar yarımçıq, ziddiyətli və səmərəsiz olacaq…”-deyə, İ. Qəmbər sonra vurğulayıb.

Etikxeber.az





