“Seçkiyə müdaxilə edən şəxslər məsuliyyətə cəlb ediləcək…” – RÜSTƏM USUBOV

Seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasından prokurorluq orqanlarına daxil olan müraciətlərə çox ciddi yanaşılır. 

Etikxeber.az məlumat verir ki, bunu Baş Prokurorun birinci müavini Rüstəm Usubov deyib.

R. Usubov bildirib ki, bələdiyyə seçkiləri əhəmiyyətli olduğundan uğurla keçirilməlidir.

“Bələdiyyə seçkiləri ölkəmiz üçün mühüm və əlamətdar bir hadisədir. Bu seçkilərdə hər birimiz aktiv şəkildə iştirak etməliyik. Həmişə olduğu kimi, seçki qanunvericiliyini qorumalıyıq. İnanıram ki, bu seçkini də birgə yüksək səviyyədə keçirəcəyik. Cəmiyyətin tərəqqi və inkişaf yolu demokratik seçkilərdən keçir. Seçkilər mühüm əhəmiyyətli siyasi tədbir olaraq ölkədə demokratiyanın başlıca göstəricisi və xalqın iradəsinin qanuni formasının ifadəsidir”-deyən  Baş Prokurorun birinci müavini bildirib ki, son dövrlər bələdiyyələrin statuslarında ciddi dəyişikliklər baş verir və onlara əlavə səlahiyyətlər verilir.

R.Usubov qeyd edib ki, seçki prosesinə müdaxilə edən şəxslər Cinayət və İnzibati Xətalar məcəllələrinə uyğun olaraq məsuliyyətə cəlb ediləcəklər.

Etikxeber.az

Read Previous

Makron Əliyevdən – YARDIM İSTƏDİ

Read Next

“…Qarşısı qətiyyətlə alınacaq” – DİN RƏSMİSİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir