Seçki sistemi ilə bağlı internet-olimpiada-KEÇİRİLDİ – FOTOLAR

Ali təhsil müəssisələrinin yuxarı kurslarında təhsil alan tələbə-gənclər arasında Beynəlxalq demokratiya gününə həsr edilmiş “Dünya ölkələrinin seçki sistemi” adlı internet-olimpiada keçirilib.

Etikxeber.az-ın xəbərinə görə, tədbiri MDB Parlamentlərarası Assambleyanın Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun Bakı filialı təşkil edib.

Olimpiadada humanitar istiqamətlər üzrə təhsil alan Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Qərbi Kaspi Universitetinin, Xəzər Universitetinin, Bakı Slavyan Universitetinin, Milli Aviasiya Akademiyasının tələbələri ilə yanaşı, eyni zamanda digər ali təhsil ocaqlarının tələbələri də iştirak ediblər.

İnternet-olimpiadanın keçirilməsinində məqsəd aktiv seçki hüququna malik gənclərin seçki hüququ mədəniyyətini artırmaq, onları demokratik seçki prosesinin əsasları ilə tanış etmək, onlarda seçki hüquqlarının həyata keçirilməsi üçün zəruri olan bilik, bacarıq və vərdişləri formalaşdırmaqdan ibarət olub.

Sentyabrın 22-də keçirilən olimpiadanın iştirakçıları onlayn rejimdə beş tematik blok üzrə onlara təqdim olunan suallara cavab veriblər. Olimpiadanın qalibi MDB PAA DİMBİ tərəfindən yaradılmış münsiflər heyəti tərəfindən müəyyən olunacaq.

Qeyd edək ki, olimpiadanın qalibi ölkəmizi  Sankt-Peterburq şəhərində keçiriləcək finalda təmsil edəcək.

Etikxeber.az

Read Previous

“Münaqişənin nizamlanmasında Azərbaycanın tutduğu mövqe birmənalıdır ki…”-DEPUTAT YAZIR

Read Next

XİN-nin Konsulluq İdarəsinin sabiq rəisi-EV DUSTAQLIĞINA BURAXILDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir