Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI

Demokratik seçkilər hüquqi dövlət quruculuğunun əsas göstəricilərindən biridir. Ölkəmizdə seçki qanunvericiliyinin daim təkmilləşdirilməsi, dünyada qəbul edilmiş modelə uyğun seçkinin keçirilməsi çağdaş dövrün tələbi olmaqla yanaşı, həm də Azərbaycanda demokratik mühitin formalaşmasına işarədir.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili və deputatlığa namizəd Naqif Həmzəyev deyib.
O, seyib ki, 1993-cü ildən başlayaraq keçirilən bütün seçkilərə, referendumlara, həmçinin ayrı-ayrı vaxtlarda parlamentə, bələdiyyələrə təyin olunmuş əlavə və təkrar seçkilərdə kifayət qədər təcrübə toplayan ölkəmizin seçki institutu, nümunəvi seçki məcəlləsi və qanunvericiliyi var:
“Kütləvi informasiya vasitələrinin rolundan, insanların sərbəst toplaşmaq azadlığından tutmuş namizədliyin irəli sürülməsi, imzaların toplanması, təhvil verilməsi, namizədliyin qeydə alınması, Konstitusiya Məhkəməsinin seçkinin nəticələrini tanımasına qədər olan seçki prosesi beynəlxalq hüquq və təcrübəyə tam uyğun aparılır. Seçkilərə dair beynəlxalq təşkilatların verdikləri rəylərin müqayisəli təhlili Azərbaycanda peşəkar seçki təcrübəsinin yarandığını, cəmiyyətinin demokratik dəyərlərə sadiq olunduğunu sübut edir.
Təbii ki, bütün bunların kökündə Azərbaycan hakimiyyətinin ölkədə demokraktik dəyərlərin möhkəmlənməsi ilə bağlı qətiyyətli və ardıcıl mövqeyi dayanır. Ölkəmizdə seçkilərin məsuliyyət, aşkarlıq, şəffaflıq, obyektivlik meyarları əsasında keçirilməsi xalqın ümumi iradəsinin milli maraqlar ətrafında birləşdirilməsi kimi çox mühüm amillərə meydan açıb.
Bu gün ölkəmiz ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi yolla irəliləyərək demokratikləşmə sahəsində yeni-yeni uğurlara imza atır. Azərbaycan müasir dövrdə dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, böyük infrastruktur layihələr, regional proqramlar həyata keçirəndövlətə çevrilib. Prezident İlham Əliyevin uzaqgörən, müdrik siyasəti nəticəsində Azərbaycan cəmiyətinin bütövlüyü və monolitliyi təmin olunub, xalqın daha parlaq gələcəyə nikbin baxışı formalaşıb…”.
Etikxeber.az





