Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Türkiyədə ssenarini artıq türk xalqı yazacaq.
Etikxeber.az-ın xəbərinə görə, bunu AKP-nin tanınmış simalarından olan baş nazirin müavini, hökumət sözçüsü Bəkir Bozdağ erkən seçkilərlə bağlı qərara münasibət bildirərkən deyib.

O, bildirib ki, artıq Türkiyə dövləti və türk xalqı kimlərinsə onun əvəzindən “ssenarilər” yazmasına və cızmasına imkan verməyəcək.
Bozdağ sonra seçkilərdə AKP-nin namizədinin birmənalı Rəcəb Tayyib Ərdoğan olacağını və onun seçkiləri elə birinci turdaca qalib baş vuracağını iddia edib:
“Seçkilər ikinci tura qala bilməz və qalmayacaq. Məsələn, “ana müxalifət”-CXP vətəndaşdan nə deyə səs istəyəcək? Onlar iqtidar olmağa həvəsli deyil ki?! Genəl başqanları prezidentliyə namizəd belə deyil. İndi belə olan halda, “mən iqtidar olacağam”- deyə, biləcəklərmi? Deyə bilməyəcəklər. O zaman kim iqtidar olacaq? Təbii ki, başqa birisi. Vətəndaş iqtidara talib olmayana niyə səs versin ki?!”.
Etikxeber.az





