Seçkilərdən 6 gün öncə və ya seçkilərə 20 gün qalmış…-KAMİL HƏMZƏOĞLU YAZDI

Növbədənkənar prezident seçkilərinə, səsverməyə cəmi 27 gün qaldı…

Namizədlər də, rəqiblər də məlumdur…

Səhv etmirəmsə, prezidentliyə 7 namizəd var və onlar mübarizə aparacaqlar Birincilik uğrunda…

Hər birinə də seçkilərin nə ilə nəticələnəcəyi, QALİBin, BİRİNCİnin kim olacağı məlumdur öncədən…

Siyasi öncəgörənliyə, Vanqaçılığa da ehtiyac yoxdur…

Seçkilərdə iştirak edən namizədlərdən biri də uzun illərin siyasətçisi Zahid Orucdur…

Son 6 dönəmin, 6 çağırışın millət vəkili, Milli Məclisin İnsan hüquqları komitəsinin, həm də Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc…

Zahid bəyə də seçkilərin necə başa çatacağı, mandat sahibinin kim olacağı bəllidir…

Amma bununla belə, Zahid bəy növbət-üçüncü dəfə namizdədlyini müstəqil şəkildə verərək, irəli sürərək, özünü yenidən sınamaq, yenidən cəmiyyətə təqdim etmək fikrindədir…

Yenə də qeyd edirəm ki, seçkilərin nə ilə sonuclanacağı bəlkə də hər kəsdən daha çox Zahid bəyə məlumdur…

Çünki o daha realist və praqmatikdir…

İndiki dövlət başçısının 35 illik Qarabağ bəlasının uğurlu çözümü ilə bağlı reytinqinin ən yüksək olduğu dönəmdə özünün də( yəni, Zahid Orucun), digərlərinin də qalib olması üfüqdə, fəzada belə görünmür…

Daxili siyasətdə həllini gözləyən çoxlu məsələlərin, problemlərin olmasına rəğmən, indiki dönəmdə, indiki reallıqda hazırkı dövlət başçısına qalib gələ biləcək kimsə yoxdur…

Mübahisə, müzakirə predmeti deyil!

Ona görə mən də prezidentliyə namizəddən daha çox bir insan, bir siyasətçi kimi Zahid bəy barədə öz fikirlərimi, düşüncələrimi sətirlərə köçürmək niyyətindəyəm…

Zaman-zaman da öz fikirlərimi həm sosial şəbəkə hesablarımda, həm də yazılarımda bildirmişəm, yazmışam…Birmənalı qarşılanmasa belə…

***

Zahid Oruc həm İnsan, həm də Siyasətçi kimi sabitdir, stabildir, birmənalıdır…

Yaxşı mənada dəyişəndir, reallıqları, dəyişiklikləri nəzərə alandır, addımlarını hesablayandır, amma dəyişkən, avantürsit, bir neçə sifətli, sifətini, simasını itirən deyil…

Onun tərcümeyi-halında, bioqrafiyasında xəyanət, arxadan zərbə vurmaq, dönğədə atları dəyişmək…kimi xoşagəlməz, qəbuledilməz məqamlar, vərdişlər yoxdur…

Siyasətə atıldığı, siyasətə gəldiyi gündən daşıdığı dəyərlərə, üzvü olduğu komandaya, siyasəti xəttə birmənalı şəkildə sadiq və sədaqətlidir…

Eyni zamanda, çoxları və çoxları kimi (söhbət iqtidaryönlülərdən gedir) həqiqətləri, olanları, olmuşları və olacaqları görməzdən gələn deyil, olmayıb heç vaxt…

İqtidara, Birinci şəxsə sadiq və sədaqətli olmaqla yanaşı, həm də ən acı reallıqları, nöqsanları, çatışmaqzlıqları ən sərt, ən kəskin şəkildə dilə gətirənlərdən, tənqid atəşinə tutanlardan-azsaylılardan olub…

Əm maraqlı, az qala gündəmi alt-üst edən təkliflərlə çıxış edən azsaylılardan olub yenə…

Tarixi 44 günlük İkinci Qarabağ Müharibəsindən öncə “Qarabağ Universiteti”nin yaradılması, siyasi paytaxtın Bərdəyə (Qarabağa) köçürülməsi təklifi…çoxlarının yadından çıxmayıb…

Yəni, suyun əksinə üzməkdən, risqə getməkdən çəkinməyib, malalamayıb, üstünü ort-basdır etməyib…

Və nəticədə də açıq şəkildə qeyd edəcəm- zaman-zama özünə qarşı çoxlu düşmənlər, bədxahlar qazanıb…

Özü də düşmənləri, bədxahları müxalifətdə deyil, daha çox daxil olduğu komandada olub…

Bunun şəxsən dəfələrlə özüm şahidi olmuşam və geniş açıqlamaq fikrində də deyiləm…

Necə qısqanclıqla, necə bədxah baxışlarla qarşılanıb addımları, çıxışları, davranışları, siyasət aləmindəki uğurları…

Az qala ətini-tükünü didməyə, parçalamağa çalışıblar…

Amma nəticədə, sonuncda da heç nəyə nail ola bilməyiblər, uduzublar, yox olublar və bundan sonra da nail ola bilməyəcək, uduzacaqlar…

***

Qarşıdan həm də ürəklə, səmimiyyətlə dostum və qardaşım dediyim Zahid bəyin doğum günü gəlir…

Seçkilərdən cəmi 6 gün öncə, 1 fevral tarixində 52 yaşı tamam olacaq…

Odur ki, xeyli öncədən olsa da, növbəti doğum gününü təbrik edir, Zahid bəyə şəxsi və ictimai-siyasi həyatında uğurlar, naliyyətlər, sağlıqlı, huzurlu ömürlər arzulayıram!

Yaxşı ki, varsınız!

Yaxşı ki, dostum və qardaşımsınız!

Sayğılarla,

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az sayının baş redaktoru və təsisçisi

Read Previous

Sıxlıq və tıxac olan yollar-BAKIDA

Read Next

Tək və subay övladını Şəhid vermiş Nailə Ələkbərova ölkə Prezidentinə müraciət etdi: “İSTƏYİRƏM Kİ, ÖVLADIM ALİ ORDENLƏRİMİZDƏN BİRİ VƏ HAQQI OLAN DİGƏR MEDALLARIMIZLA TƏLTİF OLUNSUN”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir