Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
11 aprel seçkiləri başa çatdı….
Daha bir seçki marafonu geridə-arxada qaldı, belə demək mümkünsə, tarixə döndü…
Amma unutmayaq ki, yanlışı, doğrusu, xətası, qüsuru, savabı ilə bu seçki bizim seçkidir-kiminsə nə deməsindən, kənardan sifarişli-sifarisiz “müşahidə missiyası” əbasına bürünüb gələnlərin nə söyləməsindən asılı olmayaraq (Bu yerdə onu da qeyd edim ki, “Hilton” otelindəki yaşanan son “aksiya”ya, “ayı xidməti”nə də heç bir gərək və lüzüm yoxuydu, sadəcə, təəssüf doğuracaq bir hərəkət…)…
İllərin təcrübəsi, yaşantıları, xəyalqırıqlıqları… ortadadır…
Artıq Londonun da, Srtasburqun da, Brüsselin də, Vaşinqtonun da…Moskvadan, Tehrandan… bir fərqi, anlamı qalmayıb…
Onlara da – haqlı və haqsız ümidləndiklərimizə – biz lazım deyilik, onlara özləri, öz çıxarları lazımdır:gizli və açıq olanları ilə birgə…Və hər zaman olduğu kimi…
Hələ də uşaqlığın-cığallığın “havas”ı başlarından getməyənlərimiz də küsəyən cocuqlar kimi, “gizlənqacı” bir kənara atıb, seçkilərə qatılsaydılar, daha doğru, daha faydalı olardı – həm özləri, həm də elə cəmiyyətimiz, siyasi gəlişməmiz üçün…
Anca təəssüflər olsun ki, özlərinə də hələ aydın-açıq olmayan bir yolu tutdular, boykotu təkrarladılar, boykotun da dadını-duzunu qaçırdılar…
O boykotu ki, illərdir nə özlərinə xeyri dəyib, dəydi, nə də…
Əslində elə bir coğrafiyada, elə bir geosrtateji mənəqədə yerləşir, elə bir qaynar qaznının içində “qaynayırıq” ki, hər kəsin – iqtidarlı, müxalifətli, bitərəfli… – əlini daşın altına qoyması, bu məmmələkətin yükünə, daşına çiynin verməsi gərəkir, tələb olunur…Nazetmə zamanı deyil, heç deyil…
…Seçkilərin də nəticələri, qalibi əvvəlcədən bəlliydi, burada Amerika və ya velosiped icad etməyə də ehtiyac yoxdur…
Bunu prosesə könüllü-könülsüz qatılanlaır da, sifarişli-sifarişsiz qatılmayanları da yaxşı bilirdi…
Yəni, İlham Heydəroğlunun beş aşağı, beş yuxarı qalibiyyəti kimsədə şübhə doğurmurdu və belə də oldu, məntiqi nəticə özünü ortaya qoydu…
…İlham Heydəroğlunun bugünəqədərki iqtisadi, siyasi, daxili siyasətini də bir kənara qoyuram, burada dartışılacaq, müzakirəyə açıq məqamlar ola bilər və var, ancaq xarici siyasət kursu dartışmaya açıq deyil, mənim qənaətimcə…
Kimsənin də bunu qəbul edib-etməyəcəyi öz işidir, kəndi haqqıdır…Amma son günlərin, elə dünyanı az qala barmğına dolayan, bundan həzz alan güclərin, liderlərin “füzelərlə gəlirəm, hazır ol”, “vura da bilərəm, vurmaya da”…”polemikası” göstərir ki, Azərbaycan prezidentinin çox düzgün və çox dəqiq hesablanmış xarici siyasət kursu bizi nə qədər bəlalardan uzaq tutur, hifz edir…
Bunun əksini düşünməyə qalxanlar da bir anlıq olsun, “Anadolu”nun Doğu Gutadan çəkib yaydığı ( kimyəvi silahların yenidən ortaya saçılmasından-kimyəsal qətliamın yapılmasından bir az əvvəl) fotolara baxsınlar, insan deyil, şəhər qəbiristanlığının, məzarlığının nə demək olduğunu görsünlər, sonra danışa bilərlərsə, danışsınlar, etiraza qalxa bilirsə, qalxsınlar…
Bu qədər açıq və net şəkildə deyirəm ki, insanlığına, sadələyinə, səmimiliyinə hər zaman böyük hörmət bəslədiyim İlham Heydəroğlunun dünyada, bölgəmizdə və Azərbaycanımızda bütün işlər yolunda getdiyi (gedəcəyi) halda növbəti dəfə prezident olmasına bəlkə də zərurət duymazdım, duyulmazdı…
Amma bu gün dünyamızın, bölgəmizin cəhhəmə döndərildiyi və döndərilməyə çalışıldığı bir vaxtda onun ALİ MƏQAMDA olması hər birimizə lazımdır, özü də hava və su kimi…
Bununla belə, son seçkilərin – yenə də qüsurlarına, çatışmazlıqlarına rəğmən – ən maraqlı və ən yaddanqalan məqamlarından biri illərdir tanıdığım, qabiliyyətinə, intellektinə, savadına, dünyagörüşünə, zəhmətkeşliyinə, sadələyinə, insanpərvərləyinə zərrə qədər şübhə duyulmayan Zahid Orucun-Zahid bəyin seçkilərdə – MSK-nın açıqladığı bugünkü və hələlik son nəticələrinə görə – ikinciliyi qazanması oldu…
Zahid Oruc bu ikinciliyi digər 6 namizəddən daha çox haqq edirdi…
Çünki, o, öz potensialını ortaya qoymaqla yanaşı, sərrarst, tutarlı əsaslandırmaları ilə (razılaşmadığım məqamlar olsa belə) iqtidarı, iqtidarın prezidentliyə namizədini ən layiqli şəkildə müdafiə və təbliğ edirdi…
Bunu, etiraf etməsələr belə, rəqibləri də yaxşı bilirdi və bilirlər…
Zahid Oruc ikinci dəfə idi ki, prezidentliyə namizəd kimi seçkilərdə iştirak edirdi…
O, beş il öncə də, indikindən daha çətin rəqabət mühitində seçkilərdə özünü sınamaq qərarı vermişdi və özü də kimsənin o vaxta qədər istifadə etmədiyi seçki yeniliklərilə seçkilərə qatılmışdı…
Ən azı seçki simvolu kimi “Nar”ı seçməsi və həmin “Nar”ın sonradan Birinci Avropa Oyunlarının simvoluna çevrilməsi Zahid Orucun nəyə qadir olduğunun əyani sübutu idi…
Və yaxud, bir neçə ay öncə ölkədə heç kimin ağlına gəlmədiyi və ehtimal belə etmədiyi bir zamanda Zahid Orucun ölkənin növbədənkənar prezident seçkilərinə gedə biləcəyini söyləməsi və bundan sonra ən azı parlamentdə yaşananlar…kimin nə qədər uzaqgörən olmasının, siyasi proseslərin gedişatını nə qədər dərindən duya bilməsinin, hesablamasının göstərici sayıla bilər…
Üçüncüsü, kənardan, xaricdən və daxildən, lap elə hakimiyyətin özündəki bəzi qruplar təəfindən rişələndirildiyinə şübhə yeri qalmayan trolların “at oynatması”na ilk etiraz səsini qaldıran yenə Zahid Oruc oldu və yenə də parlament müstəvisində…
Hansı ki, həmin gün parlamentdə, cari məsələlərin müzakirəsinsdə trolların durdurulmasına yönəlik fikirlərinə gizlicə, xısın-xısın gülənlər, istehza edənlər bir neçə gün sonra eyni məkanda eyni məsələnin müzakirəsində (bəzi çıxışçıları çıxmaq şərtilə) kimsəyə aman vermirdilər…
Hansı ki, qeyd etdiyim kimi, bir neçə gün öncə belə bir etiraza, səslərini ucaltmağa Zahid Oruc tərəfindən çağırılmışdılar…
Yenə də həyat kimin uzaqgörən və haqlı olduğunu bir daha göstərmiş oldu…
Odur ki, bəzilərinin aldıqları təlimatla sərsəmləmələrinə rəğmən, seçkilərin ikincisi olması Zahid Orucun halal haqqı idi və o da bunu-bu haqqını özü qazandı – hətta, MSK-nın və Konstitusiya Məhkəməsinin yekun qərarında yerdəyişmənin ola biləcəyi ehtimalına rəğmən…
Gələcəkdə, elə yaxın gələcəkdə nələrin baş verəcəyini də zaman özü göstərəcək, indidən nəyinsə proqnozunu vermək də bir o qədər düzgün olmaz…
Amma və lakin…
Hər kəsə, ən əsası da Azərbaycanımıza uğurlar arzusu ilə!
Kamil HƏMZƏOĞLU
Etikxeber.az