ŞemTov Levi və Gadi Ben Elisha Bakıda konsert proqramı ilə çıxış edəcək

Dekabrın 3-də Bakıda məşhur israilli musiqiçiləri ŞemTov Levi və Gadi Ben Elisha konsert proqramı ilə çıxış edəcək.

Etikxeber.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək “Sound Waves” adlı konsert proqramı Beynəlxalq Muğam Mərkəzində baş tutacaq. Konsertdə, həmçinin İsrail və Azərbaycan musiqiçilərinin birgə çıxışı da nəzərdə tutulur.

Konsertdə ifaçıları Əməkdar artistlər Sahib Paşazadə (tar), Toğrul Əsədullayev (kamança) və Soltan Əliyev (nağara) müşayiət edəcək.

Etikxeber.az

Read Previous

“Qəbələ”-“Anderlext” oyunu 1-3 hesabı ilə başa çatdı – FOTOLAR – YENİLƏNİB

Read Next

“Övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin…” – NƏSİBƏ ZEYNALOVA-100

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir