Senatda Rusiyaya qarşı yeni sanksiyalara dair qanun layihəsi təqdim edildi

ABŞ Senatının Nümayəndələr Palatasının xarici işlər üzrə Komitəsinin rəhbəri Ed Roys Rusiyaya qarşı yeni sanksiyalar barədə qanun layihəsini təqdim edib.

Etikxeber.az-ın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, buna səbəb kimi Rusiya tərəfindən yaxın və orta mənzilli raketlərlə bağlı müqavilənin pozulması göstərilir.

“Bu yaxınlarda Rusiya tərəfindən qadağan olunan nüvə başlıqlı raketlərin yerləşdirilməsi ABŞ-ın milli təhlükəsizlik sahəsində maraqlarına təhlükə kəsb edir”- deyə, E.Roys bildirib.

Qeyd edək ki, iyunun 14-də ABŞ Senatı səs çoxluğu ilə Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi üzrə qanun layihəsini təsdiqləyib. Yeni sanksiyalar Rusiya banklarının bazar maliyyələşdirilməsinin maksimum müddətinin 14 günə qədər, neft-qaz şirkətlərinin isə 30 günə qədər azaldılmasını nəzərdə tutur.

Etikxeber.az

Read Previous

Baykalın professor oğluna “kəllə atan” şəxs məhkəməlik oldu…

Read Next

Nazirliyin binasında yanğın baş verdi: 3 nəfər öldü, 15 nəfər yaralandı – SALVADORDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir