Senatorlar Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırladı

ABŞ senatorları Rusiya barəsində hərtərəfli sanksiyalar paketi hazırlayıb.

Etikxeber.az-ın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ Senatının respublikaçı senatoru Con Makkeyn,  demokrat senatorlar Ben Kardin və Robert Menendes seçki prosesinə qarışmasına görə Rusiyaya qarşı yeni sanksiyalar paketinin hazır olduğunu bəyan ediblər. Ehtimala görə, hədəfdə Rusiyanın maliyyə, hərbi sənaye və enerji sektoru olacaq.

Bundan əvvəl ABŞ Milli Kəşfiyyatı Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsinə dair məruzənin qeyri-məxfi hissəsini yayıb. Məlumata əsasən, adıçəkilən məruzə Donald Trampı inandırıb ki, Rusiya hakerləri həqiqətən kiberhücumlar həyata keçirərək seçki prosesinə müdaxilə ediblər.

Etikxeber.az

Read Previous

Düşmən sutka ərzində atəşkəs rejimini 40 dəfə pozub

Read Next

Trampın qələbəsi Rusiyanın zəngin insanlarını 29 milyard dollar varlandırdı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir