“Sensasiya xətrinə, həm də olmayan, deyilməyən bir ifadəyə görə kimisə, xüsusən, Azərbaycan qadınını hədəfə almaq yolverilməzdir”-DEPUTAT SPİKERİN MÜDAFİƏSİNƏ QALXDI

Son günlər sosial şəbəkələrdə və bəzi “media” orqanlarında Milli Məclisin Sədri Sahibə Qafarovanın adından heç bir əsası olmayan “sitatlar” yayılmaqdadır. Guya Spiker deyib ki, “Qarabağ artıq döyüş bölgəsi olmadığı üçün hərbçilərə ikiqat maaş lazım deyil”.

Etikxeber.az-ın xəbərinə görə, bunu millət vəkili Bəhruz Məhərrəmov sosial şəbəkə hesabında seçicilərinə müraciətində deyib.

O, sonra qeyd edib:

“Əziz seçicilər, nə sonuncu, nə də ondan əvvəl heç bir iclasda bu məzmunda söhbət olub, iclasda yalnız “artıq münaqişənin başa çatdığı”na diqqət çəkilib. Xatırlayırsınızsa, Prezident İlham Əliyev də ötən ilin dekabrın 1də xalqa müraciətində qeyd etmişdi ki, “İndi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Əgər kimsə hesab edir ki, bu münaqişə hələ də davam edir, səhv edir.” Həqiqətən də, müharibə müzəffər Ali Baş Komandanın qətiyyəti və Ordumuzun gücü hesabına qələbəmizlə başa çatıb.

“Hərbçilərə iki qat maaş ödənilməsin” sözü isə nəinki Spiker, ümumiyyətlə, heç bir deputat tərəfindən səsləndirilməyib, səsləndirilə də bilməz. Əksinə, deputatlar bu məsələ ilə bağlı dəfələrlə narahatlıq ifadə edərək yaranmış anlaşılmazlığın həllinə çağırıblar. Sensasiya xətrinə, həm də olmayan, deyilməyən bir ifadəyə görə kimisə, xüsusən, Azərbaycan qadınını hədəfə almaq yolverilməzdir. Bu mənada, hər birinizdən əsası olmayan informasiyalara etibar etməməyi xahiş edirəm”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Canım Xocalım! Yaralarını sarmağa, dərdlərinə məlhəm olmağa gəlirik! Bizi gözlə! Övladlarını gözlə! -JALƏ ƏLİYEVA XOCALI SOYQIRIMINDAN YAZDI

Read Next

“…Ən böyük ehtiram Vətən Müharibəsi nəticəsində qazanılan Böyük Zəfər, torpaqlarımızın işğaldan azad edilməsi oldu”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir