Sentyabrda dünyaya gələn və sentyabrda da Şəhid olan Ucarlı Antiterror Şəhidi Allahverdi Səfiyev-BU GÜN ANIM GÜNÜDÜR…

Ucar rayonunun Antiterror Şəhidlərindən olan Allahverdi Səfi oğlu Səfiyevin Anım Günüdür.

Bu gün Allahverdi Səfiyevin Əbədiyyətə uğurlanmasından bir il keçir.

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Bağman kənd qəbiristanlığındakı məzarı ziyarət olunacaq, məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək, “Quran” oxunacaq.

Məktəblilər tərəfindən şeirlər səsləndiriləcək, qısa çıxışlar ediləcək, telejurnalist Səbinə Mehdiyevanın aparıcılığı ilə Anım mərasimi keçiriləcək, adına ehsan süfrəsi açılıacaq.

Etikxeber.az xəbər verir ki, Allahverdi Səfiyev 1993-cü ilin 15 sentyabr tarixində Ucar rayonun Bağman kəndində anadan olub.

Ailənin iki oğlan övladından biri olub.

Kiçik yaşlarından atalarını itirib və anası Rəfiqə xanım onlara həm analıq, həm atalıq edib.

2000-2011-cu illərdə orta məktəbdə oxuyub.

18 yaşını başa vurduqdan sonra, 2011-ci ilin oktyabrında həqiqi hərbi xidmətə yollanıb.

Əsgərliyindən sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb.

2013-cü il aprelin 16-sı Daxili Qoşunlarin Xüsusi Təyinatli Dəstəsində baş atıcı vəzifəsində fəaliyyətə başlayan Allahverdi Səfiyev 2019-cu ilin yanvar ayında “Qoşun xidməti və hərbi intizamın yekunu üzrə xidməti vəzifə borcunun icrasına layiqincə yanaşdığına, şəxsi nümunə, yüksək hərbi intizam nümayiş etdirdiyinə görə” komandanlıq tərəfindən mükafatlandırılıb.

İkinci Vətən Müharibəsinin iştirakçılarından olub.

Xüsusi Təyinatlı Dəstənin baş atıcısı kimi Cəbrayılın, Füzulinin, Hadrutun, Xocavəndin Tuğ kəndinin və Şuşanın alınması uğrunda döyüşlərdə iştirak edib.

2022-ci il aprelin 19-da Daxili Qoşunlarda 10 il qüsursuz xidməti başa vursa da, 2022-ci ilin noyabrında Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlı Bölməsində xidmətə başlayıb.

2022-ci ilin may ayından 2023-cü il iyulun 4-dək “N” saylı hərbi hissədə təşkil olunan 5-ci buraxılış “Dəniz Komando Təməl Kursu”nda iştirak edərək oranı müvəffəqiyyətlə bitirib və baş snayperçi kimi xidməti davam etdirib.

23 saatlıq Antiterror əməliyyatı zamanı Ağdərə istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Ancaq nəşi bir neçə gündən sonra tapılıb və 28 sentyabr tarixində Əbədiyyətə uğurlanıb.

Həm Şəhidliyindən əvvəl, həm də Şəhidliyindən sonra medallarla və ordenlə təltif olunub.

O, həm də ailəli olub.

2018-ci ildə Sevinc adlı xanımla ailə həyatı qurub.

İki övladı dünyaya gəlib.

İki övladı-bir qızı və bir oğlu Vətənə əmanət qalıb.

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İkinci Qarabağ Savaşının ilk Şəhidləri: Əli və İslam Əhmədovlar, Emin Məmmədov, Turqut Zeynalov, Fariz Qurbanov, Rza Məmmədov, Elman Həsənov, Hidi Vəliyev…BU GÜN ANIM GÜNLƏRİDİR…

Read Next

Eldar İbrahimov növbədənkənar parlament seçkilərindən, yeddi çağırış Milli Məclisin ilk içlasından-ÖLKƏ PREZİDENTİNİN ÇIXIŞINDAN YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir