Sentyabrda nə qədər hərbi sursat zərərsizləşdirilib? – ANAMA MƏLUMAT YAYDI

Sentyabr ayında Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Ağcabədi, Ağdam, Ağstafa, Cəbrayıl, Xızı, Qazax, Lənkəran, Şəmkir, Tərtər rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisində 93,01 hektar ərazi yoxlanılıb, 579 ədəd partlamamış hərbi sursat, 1 ədəd piyada əleyhinə mina, 1 ədəd tank əleyhinə mina, 1 ədəd piyada əleyhinə təlim məqsədli mina və 413 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək zərərsizləşdirilib.

ANAMA-dan Etikxeber.az-a bildiriblər ki, əməliyyatlarda 461 nəfər əməliyyat heyəti, 122 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edib.

Etikxeber.az

Read Previous

“Düdelanj”-“Qarabağ” oyununu şotlandiyalı hakimlər briqadası idarə edəcək

Read Next

Prezident parlamenti buraxdı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir