Sentyabrın 29-da Şəhid olan, nəşi noyabrın 22-də Əbədiyyətə uğurlanan-RÜSTƏM MƏMMƏDOVUN BU GÜN ANIM GÜNÜDÜR…

Mingəçevir şəhərinin (həm də Göyçay rayonunun) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Rüstəm İbrahim oğlu Məmmədovun Anım Günüdür.

Rüstəm Məmmədovun bu gün Əbədiyyətə uğurlanmasından üç il keçir.

Etikxeber.az-ın xəbərinə görə, Rüstəm Məmmədov 1998-ci ilin avqustun 10-da dünyaya gəlib.

Ailənin iki övladından biri, tək bacının tək qardaşı olub.

Bacısı hazırda ailəlidir, iki övlad anasıdır.

Atasını vaxtsız itirən Rüstəm orta məktəbi qurtardıqdan sonra Sumqayıtda hərbi xidmət keçib, Əsgərlikdən sonra isə müxtəlif yerlərdə çalışıb.

İkinci Vətən Müharibəsi başlamazdan 20 gün öncə həyatını yenidən Ordu ilə, hərblə bağlayıb, MAXE kimi, qulluğa başlayıb, sentyabrın 27-dən də döyüşlərə atılıb.

Qanlı döyüşlərin 3-cü günündə, sentyabrın 29-da Suqovuşan-Ağdərə istiqamətində döyüşlərdə Şəhid olub.

Amma uzun müddət onun nəşini götürmək mümkün olmayıb.

Yalnız noyabrın 22-də nəşini əldə etmək mümkün olub və nəşi elə həmin gün Mingəçevirə gətirilərək, Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Şəhidliyindən sonra Ali Baş Komandan tərəfindən “Vətən uğrunda”“Suqovuşanın azad olunmasına görə”“Cəsur döyüşçü” medalları  və bu ilin noyabr ayının 5-də 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Rüstəm Məmmədov həm də subay idi.

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Faktiki hava-AÇIQLANDI…

Read Next

Əbədiyyətə uğurlanmasından üç il keçən, bu gün Anım Günü olan-BƏRDƏLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ YAQUB YAQUBOV…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir