“Hər şeyi müstəqil-azad “Kürdüstan” üçün etdim”.
Etikxeber.az-ın KanalD-yə istinadən xəbərinə görə, bunu “İraq Kürdüstanı” yönətiminin başqanı Məsud Bərzani deyib.
O, 25 sentyabr tarixində müstəqillik referendumunu keçirməkdə israrlı olduqlarını, bununla bağlı bəzi dövlətləri bilgiləndirdiklərini və referendumunda müstəqillik tərəfdarlarının qalib gələcəklərini deyib.
“Mən azad “Kürdüstan” bayrağı altında ölmək istəyirəm”-deyə, o, sözlərinə əlavə edib.
Qeyd edək ki, “İraq Kürdüstanı”nın referendum qərarı Türkiyə tərəfindən kəskin etirazla qarşılanıb.
Eyni zamanda, Almaniya referenduma sərt təpki göstərib.
ABŞ isə “sırası deyil”-deyə, Bərzani yönətiminə xəbərdarlıq edib.
Etikxeber.az