Qondarma Donetsk xalq respublikasının başçısı Aleksandr Zaxarçenko avqustun 31-də Donetsk şəhərində baş vermiş partlayış nəticəsində həlak olub.
Etikxeber.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu məlumatı qondarma respublikanın başçısının administrasiyasından təsdiqləyiblər.
***
Aleksandr Zaxarçenkonun terror aktı nəticəsində həyatını itirdiyi bildirilir.
Partlayış bu gün yerli vaxtla təxminən 17:30-da şəhərin mərkəzində yerləşən “Separ” restoranında törədilib.
Daha üç nəfər yaralanıb.
Etikxeber.az