Serbiya-Braziliya-0:2, İsveçrə-Kosta-Rika-2:2, Cənubi Koreya – Almaniya-2:0, Meksika – İsveç-0:3-YENİLƏNİB – (6)

Rusiyada keçirilən futbol üzrə dünya çempionatının on dördüncü günündə “E” və “F” qruplarında mübarizəyə yekun vurulacaq.

Etikxeber.az xəbər verir ki, “E” qrupunda sonuncu turda Serbiya ilə Braziliya və İsveçrə ilə Kosta-Rika milliləri üz-üzə gələcəklər. “F” qrupunda isə Cənubi Koreya – Almaniya və Meksika – İsveç görüşləri keçiriləcək. “F” qrupunun görüşləri Bakı vaxtı ilə saat 18:00-da, “E” qrupunun oyunları isə saat 22:00-da başlayacaq.

Hazırda hər iki qrupda üç komandanın səkkizdəbir finala yüksəlmək şansı qaldığından bugünkü qarşılaşmaların gərgin idman mübarizəsi şəraitində keçəcəyi şübhə doğurmur. “E” qrupunda Braziliya və İsveçrə millilərinin 4 xalı olsa da, beşqat dünya çempionları top fərqinə görə birincidirlər. Birinci turda bu komandalar arasındakı qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Braziliya ikinci turda Kosta-Rikanı (2:0), İsveçrə isə Serbiyanı (2:0) məğlubiyyətə uğradıb. Serbiya birinci turda Kosta-Rikanı minimal hesabla məğlub etdiyi üçün 3 xalla qrupdan çıxmaq şansını saxlayır.

russsso

“F” qrupunda da komandalar səkkizdəbir finala yüksəlmək üçün ciddi mübarizə aparacaqlar. İlk iki turda Almaniyaya (1:0) və Cənubi Koreyaya (2:1) qalib gəlməsinə baxmayaraq, Meksika millisi səkkizdəbir finala vəsiqəni tam təmin etməyib. Birinci turda Cənubi Koreyanı 1:0 hesabı ilə məğlubiyyətə uğradan İsveç yığması Almaniyaya uduzmasına baxmayaraq (1:2), Meksika millisini məğlub edəcəyi təqdirdə səkkizdəbir finala yüksələ biləcək. Üç xalla qrupda ikinci olan Almaniya yığması isə səkkizdəbir finala vəsiqəni təmin etmək üçün Cənubi Koreya yığmasına qalib gəlməyə çalışacaq. İsveç Meksikaya, Almaniya isə Cənubi Koreyaya qalib gələcəyi təqdirdə qrupda üç komandanın 6 xalı olacaq və qalib top fərqinə görə müəyyənləşəcək.

FIFA-nın qaydalarına görə, əgər qrupda iki komandanın xalları və top fərqi eyni olarsa, bu zaman rəqib qapılarına daha çox qol vuran komandaya üstünlük verilir. Əgər bu göstərici də eyni olarsa, o zaman həmin komandalar arasındakı oyunun nəticəsi əsas götürülür. Komandaların qarşılaşması da heç-heçə başa çatıbsa, onda üstünlük “Fair play” göstəricilərinə əsasən daha yaxşı vəziyyətdə olan komandaya verilir.

Cənubi Koreya – Almaniya (18:00) və İsveçrə – Kosta-Rika (22:00) görüşləri Azərbaycan Televiziyasında təqdim olunacaq. Meksika – İsveç (18:00) və Serbiya – Braziliya görüşləri isə İdman Azərbaycan və İctimai Televiziyada yayımlanacaq.

***

Cənubi Koreya – Almaniya və Meksika – İsveç millilərinin qarşılaşması başlayıb.

Hesab hələlik açılmayıb.

***

alllll

“F” qrupunda mübarizəyə yekun vurulub.

Dördqat dünya çempionu, sonuncu mundialın qalibi Almaniya yığması Cənubi Koreyaya 0:2 hesabı ilə məğlub olaraq qrupdan çıxa bilməyib.

Digər oyunda isə İsveç millisi Meksika yığmasını 3:0 hesabı ilə məğlub edərək qrup birincisi kimi səkkizdəbir finala yüksəlib. Qrupda 6 xalı olan Meksika yığması isə ikinci pillədə qərarlaşaraq “F” qrupunda səkkizdəbir finala vəsiqə qazanan ikinci komanda olub.

Beləliklə, dördqat dünya çempionu və sonuncu mundialın qalibi Almaniya yığması “Rusiya 2018” ilə vidalaşıb.

***

Günün sonuncu qarşılaşmaları keçirilir.

Braziliya-Serbiya ilə, İsveçrə-Kosta-Rika ilə qarşılaşır.

Birinci hissədə  braziliyalılar və isveçrəlilər 1:0 hesabı ilə önə çıxıblar.

***

Qarşılaşmaların ikinci hissəsi başlayıb.

***

Kosta-Rikalılar hesabı bərabərləşdiriblər-1:1.

***

Braziliyalılar hesabı 2:0-a çatdırıblar.

***

Braziliya-Serbiya oyunu 2:0, İsveçrə-Kosta-Rika matçı isə 2:2 başa çatıb.

Etikxeber.az

Read Previous

Paşayeva və Ağayeva Azad Demokratlar Qrupunun vitse-prezidentləri seçildi…

Read Next

Evləndirməzdən öncə övladlarınıza təhsil verin – ƏMƏKDAR ARTİST

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir