Serbiya yığması iki gün sonra millimizlə matça ciddi-İTKİ İLƏ ÇIXACAQ…

Serbiya yığması DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisi önünə ciddi itki ilə çıxacaq.

Etikxeber.az-ın Apasport.az-a istinadən məlumatına görə, komandamızın qrupdakı növbəti rəqibi Straxinya Pavloviçin xidmətindən məhrum qalacaq.

Buna səbəb 20 yaşlı müdafiəçinin Lüksemburqla səfər qarşılaşmasında sarı vərəqə almasıdır. Hazırda davam edən matçın 22-ci dəqiqəsində cəzalandırılan “Monako”nun oyunçusu tsikldə ikinci sarı vərəqəsini alıb. Bununla cəzalı duruma düşən Pavloviç millimizlə oyunu buraxacaq. O, seçmə mərhələdə ilk sarısını I turda İrlandiya ilə görüşdə alıb.

Qeyd edək ki, Serbiya – Azərbaycan matçı oktyabrın 12-də Belqradda keçiriləcək.

Etikxeber.az

Read Previous

“Azərbaycan Ordusunun atəşi nəticəsində erməni mülki şəxsin ölməsi, hərbçinin isə yaralanması xəbəri yalandır”-MN

Read Next

“Müstəqillik Günü haqqında” qanun layihəsi-SABAH MM-İN İCLASINDA MÜZAKİRƏYƏ ÇIXARILACAQ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir