Şevçoviç Bakıda 4 ölkənin nazirləri ilə görüşlər keçirəcək

Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç fevralın 23-də Bakıda təşkil ediləcək “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası üçüncü iclası çərçivəsində 4 ölkənin nazirləri ilə görüşlər keçirəcək.

Etikxeber.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının saytında məlumat verilir. Bildirilir ki, M.Şevçoviç fevralın 23-də Bakıda keçiriləcək “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü iclasında məruzə ilə çıxış edəcək. Həmçinin Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Bakıda Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak, Monteneqronun iqtisadiyyat naziri Draqitsa Sekuliç, Yunanıstanın ətraf mühit və energetika naziri Georgios Statakis və İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalenda ilə görüşlər keçirəcək.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü iclasında iştirakı ilk qəbul edənlərdən biri Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti M.Şevçoviç olub.

Xatırladaq ki, “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının yaradılması təşəbbüsü bu layihənin strateji əhəmiyyətini yüksək qiymətləndirən, eyni zamanda, onun enerji sahəsindəki əməkdaşlığı daha da dərinləşdirməsi perspektivlərinə böyük önəm verən Prezident İlham Əliyev tərəfindən irəli sürülüb. Məşvərət Şurasının işinin təşkili ilə bağlı məsələlərin icrası Azərbaycan Respublikasının Energetika Nazirliyinə tapşırılıb. “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının ilk iclası 2015-ci il fevralın 12-də, ikinci iclası isə ötən il fevralın 29-da Bakıda keçirilib.

Etikxeber.az

Read Previous

Həm Xarici İşlər, həm də Müdafiə Nazirliyi bugünə xüsusi hazırlaşmalı idi – POLİTOLOQ

Read Next

Dağlıq Qarabağda “referendum”un keçirilməsi Ermənistanın özünü aldatmaq cəhdindən başqa bir şey deyil – XİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir