Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləri müəyyənləşib.
Etikxeber.az-ın məlumatına görə, bu, Monakoda keçirilən püşkatma mərasimində bəlli olub.
Ardıcıl 6-cı dəfə avrokubokların əsas mərhələsinə düşən Qurban Qurbanovun baş məşqçisi olduğu komanda A qrupunda mübarizə aparacaq.
“Qarabağ”ın buradakı rəqibləri “Sevilya” (İspaniya), “Düdelanj” (Lüksemburq), həmçinin bu mövsüm Çempionlar Liqasında uduzduğu APOEL (Kipr ) klubları olacaq.
“Qarabağ” 2014/15, 2015/16, 2016/17 və 2018/19 mövsümlərində də Avropa Liqasının qrupunda çıxış edib. Təmsilçimiz 2017/18 mövsümündə Çempionlar Liqasında eyni uğura imza atıb. Əvvəlki 5 cəhdində qrupdan çıxa bilməyən Ağdam klubu Azərbaycan futbolunda daha bir ilki gerçəkləşdirmək üçün ilk iki yerdən birini tutmalıdır.
Qeyd edək ki, Azərbaycan çempionu “Qarabağ” da avrokuboklarda 6-cı, Avropa Liqasında 5-ci dəfə əsas mərhələdə mübarizə aparacaq.
Digər qruplar:
B qrupu
“Dinamo” (Kiyev, Ukrayna)
“Kopenhagen” (Danimarka)
“Malmö” (İsveç)
“Luqano” (İsveçrə)
C qrupu
“Bazel” (İsveçrə)
“Krasnodar” (Rusiya)
“Xetafe” (İspaniya)
“Trabzonspor” (Türkiyə)
D qrupu
“Sportinq” (Portuqaliya)
PSV (Hollandiya)
“Rusenborq” (Norveç)
LASK (Avstriya)
E qrupu
“Latsio” (İtaliya)
“Seltik” (Şotlandiya)
“Renn” (Fransa)
ÇFR (Rumıniya)
F qrupu
“Arsenal” (İngiltərə)
“Ayntraxt” (Almaniya)
“Standard” (Belçika)
“Vitoriya” (Portuqaliya)
G qrupu
“Portu” (Portuqaliya)
“Yanq Boyz” (İsveçrə)
“Feyenoord” (Hollandiya)
“Reyncers” (Şotlandiya)
H qrupu
MOİK (Rusiya)
“Lüdoqorets” (Bolqarıstan)
“Espanyol” (İspaniya)
“Ferensvaroş” (Macarıstan)
İ qrupu
“Volfsburq” (Almaniya)
“Gent” (Belçika)
“Sent-Etyenn” (Fransa)
“Aleksndriya” (Ukrayna)
J qrupu
“Roma” (İtaliya)
“Borussiya” M (Almaniya)
“Başakşəhər” (Türkiyə)
“Volfsberq” (Avstriya)
K qrupu
“Beşiktaş” (Türkiyə)
“Braqa” (Portuqaliya)
“Vulverhempton” (İngiltərə)
“Slovan” (Slovakiya)
L qrupu
“Mançester Yunayted” (İngiltərə)
“Astana” (Qazaxıstan)
“Partizan” (Serbiya)
“Alkmaar” (Hollandiya)
Etikxeber.az





