“Sevinc Fədaiyə baş çəkdik, özünə heç cür gələ bilmir…” – MİLLƏT VƏKİLİ

“Bu gün Sevinc Fədaiyə baş çəkdik.Başsağlığı verdik. Ağır sarsıntı keçirib,özünə heç cür gələ bilmir.İndi övladı Ucala həm ana, həm də ata olmalıdır. Bunu bir az öncə səhifəmə daxil olan zaman gördüyüm,səhifəmdə olan bəzi dostların paylaşdığı bəzi statuslara görə yazıram. İttiham etmək asandır, anlamaq çətin. Amma bu gün hamımızın, bütün cəmiyyətimizin anlama mədəniyyətinin atrmasına ehtiyacımız var və bu bizdən,hamımızdan asılıdır”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva dilə gətirib.

“İnşallah, Ucal xoşbəxt böyüyəcək. Allah anasına hər zaman onun yanında güclü ola bilməyi nəsib etsin. Allah Mövlud bəyə də rəhmət etsin. Hər zaman söylədiyim fikirləri bir daha vurğulayaraq, gənclərimizə demək istəyirəm ki, insanın həyatında hər zaman ağır günlər də olur, rahat günlər də, xoşbəxt hiss etdiyi zamanlar da olur, bədbəxt hiss etdiyi zamanlar da, özünü çarəsiz hiss etdyi anlar da… Bu əksəriyyətimizin həyatında olub və bundan sonra da olacaq”-deyən millət vəkilinin sözlərinə görə, amma intihar çıxış yolu deyil.

“Yaradanın sizə verdiyi ömürü, arxanızca üzüntü ilə qoyub getdiyiniz əzizlərinizi və onların hər zaman sizə olan ehtyacını düşünün. Bölüşün, paylaşın dərdinizi onları mütləq dinləyəcək bir kimsəi tapmaq olar və hər qaranlıq günün bir sabahı var unutmayın. Çox ağır bir gün oldu və inşallah, bu kimi xəbərlərin sayı getdikcə azalar. Hamımız bunun üçün daha çox çalışmalıyıq”-deyə, o, sözlərinə əlavə edib.

ganira_pashayeva_180215_1

Etikxeber.az

Read Previous

“Bu, hər kəs tərəfindən alqışlanmalı, təqdir olunmalıdır” – DEPUTAT ƏFVDƏN DANIŞDI

Read Next

Düşmən atəşkəs rejimini ümumilikdə 117 dəfə pozub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir