Sevinc Fətəliyevanı-KAMAL CƏFƏROV ƏVƏZLƏDİ – AŞPA-DAKI NÜMAYƏNDƏ HEYƏTİNİN RƏHBƏRİNİN YENİ MÜAVİNİ SEÇİLDİ

Bu gün Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin yeni tərkibinin ilk iclası keçirilib.

Millət vəkili, adıçəkilən heyətin üzvü Kamal Cəfərov Etikxeber.az-a açıqlamasında bildirib ki, nümayəndə heyətinin kollegial qərarı ilə Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbərinin müavini seçilib.

Millət vəkili bildirib ki, bu, onun üçün həm böyük etimad, həm də böyük məsuliyyətdir:

“Prezident İlham Əliyevin qeyd etdiyi kimi, istənilən platforma vasitəsilə biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətləri çatdırmalısında fəal olmalı, hücum diplomatiyası aparmalı, ölkəmizə qarşı bütün əsassız ittihamlara qarşı mübariz olmalıyıq. Hesab edirəm ki, biz də bu prinsipləri rəhbər tutaraq fəaliyyətimizi qurmalıyıq.

Ona görə də nümayəndə heyətinin rəhbəri hörmətli Səməd müəllimin rəhbərliyi ilə qarşıda bizi məsuliyyətli bir o qədər vacib bir fəaliyyət gözləyir. Yeni heyətdə təmsil olunan digər həmkarlarımı da təbrik edirəm və hər birimizə bu işdə uğurlar arzu edirəm”. 

Xatırladaq ki, AŞPA-dakı nümayəndə heyətinin sədr müavini vəzifəsini 1995-2000-ci illərdə sabiq səfir Nairə Şahtaxtinskaya, 2000-2005, 2005-2010-cu illərdə Birinci vitse-spiker Əli Hüseynli, 2010-2015 və 2015-2020-ci illərdə isə millət vəkili Sevinc Fətəliyeva icra edib.

Etikxeber.az

Read Previous

“Azərbaycanın Rus ordusu tərəfindən işğalının 100-cü ilidir…Sınmadıq, əyilmədik! Və qalib gəldik!”-JALƏ ƏLİYEVA 28 APREL İŞĞALINDAN YAZDI, NURƏNGİZ GÜNÜN MƏŞHUR ŞEİRİNİ PAYLAŞDI…

Read Next

“Dağlıq Qarabağ bölgəsinin erməni icmasına bir daha bildirmək istəyirəm ki…”-TURAL GƏNCƏLİYEVDƏN ÇAĞIRIŞ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir