Sevinc Fətəliyevanın “Silahlı münaqişələrin qurbanı olan uşaqların müdafiəsi” adlı məruzəsi qəbul edildi – FOTO

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin dekabrın 6-da Parisdə keçirilən iclasında Milli Məclisin deputatı Sevinc Fətəliyevanın “Silahlı münaqişələrin qurbanı olan uşaqların müdafiəsi” adlı məruzəsi müzakirə olunaraq qəbul edilib.

Etikxeber.az xəbər verir ki, məruzədə dünyada uşaqların valideyn himayəsindən məhrum olmalarının, zorakılığa məruz qalmalarının, əlil olmalarının yeni fəsadlar yaradacağı və gələcək üçün çox təhlükəli olduğu qeyd edilir. Məruzədə bütün ölkələr mövcud vəziyyətlə bağlı tədbirlər görməyə çağırılır.

Xatırladaq ki, məruzə ilə bağlı təşəbbüs payız sessiyasında irəli sürülmüşdü və komitə üzvləri tərəfindən dəstəklənərək yüksək qiymətləndirilmişdi.

Etikxeber.az

Read Previous

Əliyev “Euronews” və “Rossiya-24”-ün suallarını cavablandırdı- FOTO – YENİLƏNİB

Read Next

“Hizmət və imam hatib sistemini sivil Avropa modelləri əvəz etməlidir…” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir