Sevinc Hüseynova İdman Fondunun bərpası-BƏDƏN TƏRBİYƏSİ İLƏ BAĞLI MÖVCUD QANUNUN DƏYİŞDİRİLMƏSİ, YENİLƏNDİRİLMƏSİ MƏSƏLƏSİNİ QALDIRDI…

Millət vəkili Sevinc Hüseynova vaxtilə mövcud olan İdman Fondunun yenidən bərpasını və işlək vəziyyətə gətirilməsini təklif edib.

Etikxeber.az-ın xəbərinə görə, millət vəkili bu təkliflə parlamentin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında çıxış edib.

Qeyd edib ki, 90-cı illərdə mövcud olmuş Fondunun bərpasına və yenidən işlək vəziyyətə gətirilməsinə ehtiyac var.

Onun sözlərinə görə, idman federasiyalarının fəaliyyətinin təkmilləşdirilməsi, eləcə də, yeni maliyyə imkanlarının dayanıqlı olması üçün 1996-cı ildə yaradılan İdman Fondunun yenidən bərpa edilərək, işinin təkmilləşdirilməsi lazımdır

Millət vəkili eyni zamanda, “Bədən tərbiyəsi və idman haqqında” qanunun təkmilləşdirilməsinə ehtiyac olduğunu bildirib.

Bildirib ki, mövcud qanun o zaman MDB dövlətləri üçün nəzərdə tutulan nümunəvi-model qanun əsasında yazılıb və yerli şəraitə, tələblərə uyğunlaşdırılıb.

“Bunun üstündən artıq xeyli vaxt keçir. Mövcud qanunda hələ də bir sira boşluqlar qalmaqdadır. Buna misal olaraq, uşaq-gənclər idman məktəbləri barədə tələblərin, müharibə şəraitində olan dövlətlərdə “Vətənin mudafiəsinə haziram” çoxnövçülüyünün qanunvericilikda ayrıca bölmə kimi öz əksini tapdığı halda, bizdə olmamasını göstərmək olar. Ona görə də hesab edirəm ki, “Bədən tərbiyəsi və idman haqqında” qanuna dəyişikliklər və əlavələr edilməsinə ehtiyac var”-deyə, S. Hüseynova sonra bildirib.

İdman Fondu məsələsinə toxunan komitə sədri Adil Əliyev isə əslində belə bir fondun olduğunu, sadəcə, onun işləmədiyini bildirib.

Qeyd edib ki, təklif maraqlı təklifdir və adıçəkilən fondun işlək vəziyyətə gətirilməsi lazımdır.

Kamil HƏMZƏOĞLU (HƏMDOV)

Etikxeber.az

Read Previous

Milli Məclisin daha bir komitəsi payız sessiyası ilə bağlı-İLK İCLASINA TOPLAŞDI – PARLAMENTDƏ FƏALİYYƏT GÖSTƏRƏCƏK 10 KÖNÜLLÜ SEÇİLƏCƏK, “XEYRİYYƏÇİLİK FƏALİYYƏTİ HAQQINDA” QANUN LAYİHƏSİ MÜZAKİRƏLƏRƏ ÇIXARILACAQ…YENİLƏNİB – (3)

Read Next

“Gələcəkdə deputat könüllülərinin içərisindən bir çoxunu seçərək, onları işlə təmin olunmaları üçün dövlət orqanlarına təqdim edə bilərik”- ADİL ƏLİYEV DEPUTAT KÖNÜLLÜLƏRİNİN SEÇİLMƏSİ TƏKLİFİNİN DEPUTAT MÜŞFİQ CƏFƏROV TƏRƏFİNDƏN İRƏLİ SÜRÜLDÜYÜNÜ DEDİ… – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir