Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin üzvü Sevinc Hüseynova da adıçəkilən komitənin bu gün 6-cı cağırışda keçirilən ilk iclasında bir sıra məsələlərlə bağlı fikirlərini açıqlayıb və təkliflərini səsləndirib.
Etikxeber.az-ın xəbərinə görə, belə ki, millət vəkili iclasda ünvanlı sosial yaradım, əhalinin məşğulluğunun təmin edilməsi, özünüməşğulluq məsələsi ilə bağlı danışıb və bu məsələlərlə bağlı bir sıra addımların atılmasının vacibliyini bildirib.
S. Hüseynova özünüməşğulluq, aktiv məşğulluq məsələsini qabardıb, adıçəkilən məsələnin ölkə Prezidentinin də diqqətində və nəzarətində olduğunu qeyd edib və ümüd etdiyini bildirib ki, gələcəkdə yerlərdə özünüməşğulluğa daha çox insan cəlb olunacaq.
Eyni zamanda, 2012-ci ildə qəbul edilən “Sosial xidmət haqqında” qanunun, xüsusilə, çətin həyat şəraitində olan şəxslərin (ailələrin) hüquqlarının təmin edilməsinin icra vəziyyəti ilə bağlı məsələnin monitorinqinin aparılmasını vacib sayıb.
Qeyd edib ki, yaz sessiyasında mümkün olmasa, ən geci 2020-ci ilin payız sessiyasının gedişində bununla bağlı ictimai dinləmə keçirilməlidir.
S. Hüseynova eyni zamanda, əlilliyin verilməsi və müəyyənləşdirilməsu məsələdsinə toxunaraq, bu məsələdə də narahatlıq doğuran məsələlərin aradan qaldırılması üçün addımların atılmasının vacibliyini bildirib.

Etikxeber.az





