“Aprel zəfəri qəhrəmanlarından olan şəhid qardaşımız Seymur Baxışovun Sumqayıtda anım tədbirlərində iştirak etdik, ruhuna dualar oxuduq”.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva öz “Facebook” səhifəsində yazıb.
“Tədbirdə çıxışımda söylədiyim kimi, onlar hamımız üçün örnəkdirlər və onları hər zaman sevgi ilə anacağıq.
Seymur qardaşımın əziz anasına, xanımına, gözəl balalarına Allah hər zaman yardımçı olsun!”-deyə, o, sonra yazıb.
Etikxeber.az