Seysmik riskin qiymətləndirilməsi aparılacaq

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli, baş mühəndis Rauf Muradov və elmi əlaqələr şöbənin müdiri Telman Cəfərov GFZ Geoelmlər üzrə Alman Araşdırma Mərkəzinin Erkən Xəbərvermə Sistemləri Mərkəzinin (GFZ EXSM) rəhbəri  Stefano Parolainin dəvəti ilə Almaniyanın Potsdam şəhərində yerləşən GFZ-də işgüzar səfərdə olublar.

RSXM-nin mətbuat xidmətindən Etikxeber.az-a verilən xəbərə görə, GFZ EXSM-nin dəstəyi ilə Bakı şəhərinin seysmik mikrorayonlaşdırılması layihəsinin həyata keçirilməsi ilə bağlı tərəflər arasında aparılan danışıqlar bir neçə mərhələdən ibarət olub.

Görüşdə GFZ EXSM-nin rəhbəri Stefano Parolai, geofizik Tobias Boxberger, mərkəzin baş elmi işçisi, tədqiqatlar üzrə menecer Massimiliano Pittore, Kevin Fleming, Azərbaycan tərəfdən isə AMEA-nın müxbir üzvü  Q. Yetirmişlinin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Görüşdə Bakı şəhərinin seysmik mikrorayonlaşdırılması və seysmik təhlükəli zonaların müəyyənləşdirilməsi məqsədilə aparılacaq tədqiqat işlərinin həyata keçirilməsi üçün imkanlar müzakirə olunub.

AMEA-nın müxbir üzvü Qurban Yetirmişli Bakı şəhərinə təsir edən zəlzələocaqları haqqında məruzə ilə çıxış edərək, Bakı şəhərinin seysmik mikrorayonlaşdırılması işlərinin vacibliyini görüş iştirakçılarının diqqətinə çatdırıb.

Mərkəzi Asiya Tətbiqi Geoelmlər İnstitutunun Həm-Direktoru Jörn Lauterjung Azərbaycanda seysmologiya sahəsində görülən işlərin yüksək səviyyədə olduğunu bildirərək Bakı şəhərinə təsir edən zəlzələ ocaqlarının əksəriyyətinin Xəzər dənizində olduğu üçün Xəzər dənizində də seysmik stansiyaların qurulmasının çox vacib olduğunu vurğulayıb. O, Bakı şəhərinin seysmik mikrorayonlaşdırılması layihəsinin həyata keçirilməsi üçün lazım olan texniki köməklik göstəriləcəyini bildirib. Görüşdə Bakı şəhərinin seysmik mikrorayonlaşdırılması layihəsinin həyata keçirilməsi üçün GFZ-nin texno parkında olan cihazların Bakı şəhərində quraşdırılması üçün ilkin razılıq əldə olunub. Bildirilib ki, GFZ-nin texno-parkından ilkin olaraq 20 stansiyanın 2 il müddətində Bakı şəhərində quraşdırılması GFZ-nin hesabına həyata keçiriləcək. Quraşdırma işləri hər iki təşkilatın əməkdaşlarının iştirakı ilə həyata keçiriləcək.

Bununla bağlı  RSXM-nin bir neçə əməkdaşının əvvəlcədən GFZ-də Almaniyalı tədqiqatçılarla birlikdə 2-3 ay işləyərək təcrübə toplaması nəzərdə tutulur. Birgə əməkdaşlıq zamanı alınmış məlumatların birgə emal edilməsi və layihənin 2017-ci ilin aprel-may aylarında başlanılması razılaşdırılıb. Bununla yanaşı AMEA nəzdində RSXM-nin gənc magistrant və doktorantlarının GFZ-də təhsil almaları qərara alınıb.

Etikxeber.az

Read Previous

Səhiyyə Nazirliyi rezidentlərə müraciət etdi

Read Next

“Azərbaycanda mütləq bir Türk Kitab Evinin açılmasına ehtiyac var”-Qənirə PAŞAYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir