Şeyx, komitə sədri, dövlət müşaviri və deputat da qan verdi

Aşura günü ilə bağlı məscidlərdə qanvermə aksiyası davam edir.

Etikxeber.az-ın  xəbərinə görə, hazırda Azərbaycanın 15 məscidində Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qanvermə aksiyası davam etdirilir.  Belə ki, qanvermə aksiyaları təşkil olunan məscidlərin 9-u Bakıda, 6-sı isə digər rayon və şəhərlərdə yerləşir.

Bakıda keçirilən aksiyalar Yasamal rayonunda yerləşən  “Təzəpir” və “Hacı Soltanəli” məscidləri, Səbail rayonunda “Bibi-Heybət” və İçərişəhər “Cümə” məscidləri, Suraxanı rayonu “Qaraçuxur” qəsəbə məscidi, Xəzər rayonu “Mir Mövsüm ağa” Ziyarətgah-məscidi, Nizami rayonu “Keşlə” qəsəbəsinin  məscidi, Sabunçu rayonu, “Nardaran” qəsəbəsindəki  məsciddə, Nəsimi rayonunda “Əjdərbəy” məscidində təşkil olunub.

Bununla yanaşı, Sumqayıtda “Cümə” məscidi, Gəncədə “İmamzadə” Ziyarətgah-məscidində, Mingəçevirdə “Heydər” məscidində, Şəkidə “Сümə” məscidində, Lənkəranda “Böyük Bazar” məscidində, Bərdədə “Cümə” məscidində də qanvermə aksiyası həyata keçirilib.

Məscidlərdə keçirilən qavermə aksiyasında əhalinin fəallığı hiss olunub. Hazırda 400 nəfərdən çox  vətəndaş  qan verib.

Qanvermə aksiyasında iştirak edənlər arasında Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, dövlət müşaviri Kamal Abdulla, YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov və bəzi millət vəkilləri, dini konfessiyaların rəhbərləri də var.

Qeyd edək ki, qanvermə aksiyası günün sonuna kimi davam edəcək.

Etikxeber.az

Read Previous

“ASAN Visa” xidməti noyabrda işə başlayacaq

Read Next

“Bircə Dağlıq Qarabağ problemini həll etmək qalıb” – SƏFİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir