Sığorta məsələsi ilə bağlı Vergilər Nazirliyinin səlahiyyətləri artırılır

“İşsizlikdən sığorta haqqında” qanun  layihəsinə mühüm dəyişiklik təklif olunur.

Etikxeber.az məlumat verir ki, dəyişikliyə görə,2019- cu ildən işsizlikdən sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyətin bundan sonra Vergilər Nazirliyi tərəfindən həyata keçiriləcək.

Bu səbəbdən də layihədə sığortaçının, siğortaedənin və sığortaolunanın  hüquq və vəzifələrində, uçot qaydalarında dəyişikliklər nəzərdə tutulmalıdır.

Maddə 23-də təklif edilir ki, bu qanunun tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizi ( əvvəllər bu 25 faiz idi) müvafiq icra hakmiyyəti orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanlarınının hesablarına köçürülür. Bu  vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Qeyd edək ki, dəyişiklik layihəsi Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunur.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Əmək pensiyaları ilə birlikdə 3 qanun dəyişdirilir

Read Next

Bundan sonra sahibkarların qapısını cəmi bir əl döyəcək… – HADİ RƏCƏBLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir