“Silahlar bizdən çox danışır” – BAHAR MURADOVA

Həssas məqamlarla zəngin geosiyasi zamanda belə bir tədbirin Bakıda keçirilməsi qürurvericidir.

Etikxeber.az xəbər verir ki, bunu bu gün Milli Məclis (MM) sədrinin müavini, Azərbcaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Bahar Muradova Bakıda keçirilən kofransda bildirib.

“Bakı Parlament Platformasının yaradılmasında məqsəd ATƏT məkanındakı çağırışlar, xalqlar və dini konfensiyaların qarşı-qarşıya qoyulması nəticəsində yaranan münaqişələrin həllidir”-deyən B. Muradovanın sözlərinə görə,  hərbi münaqişələr artıb, silahlar bizdən çox danışır.

“Cinayət və cinayətkarlıq heç bir sərhəd tanımır. Cənubi Qafqaz və nüfuzlu Avropa bölgələrinin iştirakı ilə belə təşəbbüslərin ortaya çıxması təsadüfi deyil. Bu Platforma gələcəkdə öz sıralarına daha çox üzvlər cəlb etməklə regionda təhlükəsizliyə böyük töhfələr verə bilər. Cənubi Qafqaz böyük enerji resurslarına, çevik nəqliyyat infrastrukturuna malikdir”-deyə, o, sözlərinə əlavə edib.

BAHAR-1

Vitse-spiker sonra nəzərə çatdırıb ki, təsis edilən Platformanın əsas hədəflərindən biri ölkələrdə hökumətlərin fəaliyyətini təşviq etmək, energetika və nəqliyyat sahəsində əlaqələri genişləndirməkdir:

“Regional və qlobal təhdidlərə qarşı gücümüzü birləşdirə, yeni ideyaları reallaşdıra bilərik. Cənubi Qafqazda münaqişələrin obyektiv araşdırılması ilə bağlı layihələrə də imza ata bilərik. Biz parlamentlər və xalqlar arasında dostluğa töhfə vermək üçün gedəcəyimiz yolun başlanğıcındayıq. Biz ATƏT-in dəstəyi ilə bu konfransı keçirməklə qarşılıqlı əməkdaşlığı gücləndirəcəyik. Bakı Parlament Platformasının Katibliyi Bakıda yerləşəcək”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

 

Read Previous

“Azərbaycan almanlar üçün sığınacaq yeri olub…” – TOMAS OPERMAN

Read Next

Azərbaycanın və Gürcüstanın müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planı imzalandı – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir