Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bakı şəhərinin Səbail rayonunun Badamdar qəsəbəsinin (həm də Qubanın) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan İlkin Qələmşah oğlu Əhədzadənin doğum günüdür.
İlkin Əhədzadənin bu gün-26 iyun 2025-ci il tarixində 40 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnnətdəki beçinci doğum günü, mövlududur.
Etikxeber.az verir xəbər ki, əslən Qubalı, Buduqlu olan İlkin Əhədzadə 1985-ci ilin 26 iyun tarixində, Silahlı Qüvvələr Günündə Bakı şəhərində, sadə bir ailədə dünyaya gəlib.
Ailədə 3 övlad, 3 qardaş olublar.
Hər iki qardaşı hazırda ailəlidir.
1992-ci ildə Bakının Səbail rayonunda (“20-ci sahə”də) yerləşən 51 saylı tam orta məktəbə gedib, 2000-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub, 2003-cü ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbin kursantı olub.
Ali Hərbi Məktəbi bitirdikdən sonra Gəncədə “N” saylı hərbi hissədə fəaliyyətə başlayıb, Leytenant kimi fəaliyyət göstərib, Ağdam,Naftalan, Goranboy, Qazax, Şəmkir və Daşkəsəndə yerləşən hərbi hissələrdə müxtəlif vəzifələrdə çalışıb.
Həmçinin, Qazax və Şəmkirdə bölük komandiri vəzifəsində işləyib.
Daşkəsəndə yerləşən hərbi hissələrdən birində işləyərkən Mayor rütbəsini alaraq, MTO vəzifəsində çalışıb.


2020-ci ilin 27 sentyabr tarixində İkinci Vətən Müharibəsinin başlaması ilə döyüşlərə atılıb.
Müharibənin 5-ci günü, oktyabrın 1-də Kəlbəcər istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi iki gün sonra, oktyabrın 3-də İkinci Şəhidlər Xiyabanında Şəhadətə uğurlanıb.
Şəhidliyindən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “İgidliyə görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.
İlkin Əhəzadə həm də ailəli, üç övlad atası olub.
Üç övladı ailəsinə, Vətəninə əmanət qalıb.
Badamdar qəsəbəsində, ailəsinin yaşadığı küçəyə Onun adı verilib.
Eyni zamanda, 51 saylı orta məktəbdə büstü qoyulub.
***
Bu gün həm də Goranboylu İkinci Vətən Müharibəsi Şəhidi Elşən Rövşən oğlu Kərimovun Cənnətdəki beşinci doğum günüdür.
Elşən Kərimovun bu gün 24 yaşı tamam olur.
Qeyd edək ki, Elşən Kərimov 2001-ci ilin 26 iyun tarixində, Milli Ordu Günündə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində sadə bir ailədə dünyaya gəlib.
7 bacının tək qardaşı olub.
2007-2018-ci illərdə Qızılhacılı qəsəbə 1 saylı tam orta məktəbdə təhsil alıb.
Orta təhsilli olub.
Orta məktəbi bitirdikdən bir müddət sonra, 2019-cu ilin yayında həqiqi hərbi xidmətə, Əsgərliyə yollanıb.
İkinci Vətən Müharibəsi zamanı isə Azərbaycan Ordusunun-bir il üç ayın Əsgəri kimi döyüşlərdə iştirak edib.
Axırıncı dəfə ailəsi ilə oktyabrın 12-də, axşam saatlarında danışıb.
Müharibənin 18-ci günündə, oktyabrın 14-də, axşam saatlarında isə Füzuli istiqamətində, cəmi 19 yaşında qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Şəhidliyi xəbəri ailəsinə, atasına 15-i günü-günorta saatlarında bildirilib.
Və nəşi bir gün sonra, oktyabrın 16-da Qızılhacılı (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra 3 medalla təltif edilib.
Hazırda Qızılhacılı qəsəbəsində-ailəsinin yaşadığı küçə Onun adını daşıyır.
O, həm də subay olub.
Məkanları cənnətlik, Cənnətdəki beçinci doğum günləri mübarək olsun!
Nurlar içində yatsınlar!

08:08
***
Bu gün səhər saatlarında Cənnətdəki beşinci doğum günü, 24 yaşının tamam olması ilə bağlı Elşən Kərimovun Qızılhacılı qəsəbə (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb.
Ruhuna dualar olunub, “Quran” oxunub.
Ailəsinə, valideynlərinə Allahdan səbr və dözüm arzulanıb.
Cənnətdəki beşinci doğum günü təbrik edilib.
Məktəblilər tərəfindən şeirlər səsləndirilib.
Şəhidin anası Natalya (Arzu) Yusibovanın göz yaşları içində dediklərindən:
“Mən artıq Sənsiz dözə bilmirəm bala…5 ildir hər gün yolunu gözləyirəm…Qapını döyüb içəri keçəcəyini xəyal edirəm…Kaş mən öləydim, Sənə heç nə olmayaydı…Ana da balasının məzarı başında ad günü keçirər?…Kaş özün olaydın, ad gününü birlikdə qeyd edərdik…Bu, nə dərdi idi Allah?…”
Şəhidin məzarını ziyarətdən sonra ailəsinin yaşadığı evdə adına ehsan süfrəsi açılıb.
Bir daha ruhuna dualar olunub.
Onu da qeyd edək ki, Şəhidin məzarını ziyarətdə və adına açılan ehsan süfrəsində ailə üzvləri, doğmaları, Goranboylu Şəhid ailələri, məktəblilər və digər şəxslər iştirak ediblər.
15:59
***
FOTOLAR:











Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az