Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçiriləcək

MUDAFIA

Ənənəyə uyğun olaraq Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Qurban bayramı ərəfəsində sentyabrın 11-də saat 11.00-da hərbi hissələrdə “Açıq qapı” günü təşkil olunacaq.
Etikxeber.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, həmin gün ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olmaq, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər.
Müxtəlif hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçiriləcək “Açıq qapı” günündə əsgər valideynləri və yaxınları ilə görüşlər təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.

Etikxeber.az

 

Read Previous

Akademik Opera və Balet Teatrı mövsümü “Leyli və Məcnun”la açacaq

Read Next

“İlan Sultan”,“Köhnə ev” və “Əsrlərin harayı”…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir