Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Malinin paytaxtı Bamako şəhərində turist düşərgəsinə hücum edilib.
Hücumu həyata keçirən silahlılar sonradan məhv edilib.
Etikxeber.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Malinin Təhlükəsizlik naziri Səlifə Traore bəyan edib.
Onun sözlərinə görə, həyata keçirilən xüsusi əməliyyat nəticəsində 4 silahlı məhv edilib, 36 nəfər, o cümlədən 16 Fransa vətəndaşı girovluqdan azad edilib.
Terrorçuların hücumu zamanı 2 nəfər ölüb, onlardan biri Fransa vətəndaşıdır.
Xatırladaq ki, ötən axşam Malinin paytaxtında naməlum silahlılar turist düşərgəsinə hücum edib, dinc insanları girov götürmüşdü. Hücuma görə heç bir silahlı qruplaşma hələ ki, məsuliyyəti öz üzərinə götürməyib.
Etikxeber.az