Silsilə patlayışlar “növbəsi” Yaponiyaya çatdı? – YENİLƏNİB

Yaponiyanın Utsunomiya şəhərində  silsilə partlayışlar törədilib.

Partlayışlar nəticəsində ən azı 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Etikxeber.az-ın  TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Yaponiya polisi açıqlayıb.

Utsunomiya şəhəri xarici turistlərin ən çox üz tutduğu məkanlardan biridir.

***

Bu gün səhər Yaponiyada törədilən partlayışların təfərrüatları məlum olub.

APA-nın NHK telekanalına istinadən verdiyi məlumata görə, Yaponiya Özünümüdafiə Qüvvələrinin istefada olan əməkdaşı Tosikatsu Kurixara Utsunomiya şəhərində parkda bayram tədbiri keçirilərkən üzərindəki partlayıcı qurğunu işə salıb.

Partlayış samuray paltarı geyinmiş uşaqların şəhərin mərkəzindəki parka yaxınlaşan zaman baş verib. Partlayış nəticəsində biri uşaq olmaqla, üç nəfər yaralanıb. T. Kurixaranın cəsədi isə tanınmaz hala düşüb, 72 yaşlı hərbçini yalnız dişindən müəyyən etmək mümkün olub. T. Kurixaranın paltarından bir məktub tapılıb. O, həyatdan bezdiyini yazıb.

Eyni vaxtda parkdan 200 metr kənarda yerləşən dayanacaqda bir avtomobildə də partlayış baş verib. Polis avtomobilin T. Kurixaraya məxsus olduğunu müəyyənləşdirib. T. Kurixaranın evi də bu gün tamamilə yanıb.

Polis araşdırma aparır.

Etikxeber.az

Read Previous

Seymə seçkilərin ikinci turu davam edir

Read Next

Maduro indi də Krala üz tutdu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir