Şimal bölgəsində anası erməni olan bələdiyyə üzvlüyünə namizəd kimdir?

Şimal-Şərq bölgəsinə daxil olan rayonlardan birində bələdiyyə üzvlüyünə namizədlərdən birinin anası milliyyətcə ermənidir. Bunu həmin rayonda da  bilməyən kəs yoxdur, hamı bilir, tanıyır. Qadın namizədlərdən biri olan şəxs həm də rayon səviyyəsində vəzifədə işləyir. Özündən də çox razı, heç kimi saymayandır. Çünki arxası möhkəmdir…

Bunu Etikxeber.az-a açıqlamasında çox etibarlı və məlumatlı mənbə bildirib.

“Hesab edirik ki, bu, yolverilməzdir. Ermənilərin və erməni qanı daşıyanların bizə münasibəti bəllidir. İndi belə birisinin “əl üstündə” tutulması şəhidlərimizə, müharibə əlillərimizə, Qarabağımıza hörmətsizlikdir. Düşünürəm ki, bu məqam araşdırılacaq, o cümlədən, hakim Yeni Azərbaycan Partiyası və onun yerli təşkilatı tərəfindən. Və lazımi ölçü götürüləcək. Belə bir biabırçılığıa dözmək olmaz, onlar da dözməzlər…”-deyə, mənbə bildirib.

Qeyd edək ki, mənbə həmin namizədin kimliyi və vəzifəsi barədə məlumat versə də, hələlik müəyyən səbəblərdən onu açıqlamaq istəmədik, bu qədəri ilə kifayətləndik.

Etikxeber.az

Read Previous

“Onun kimi şəxsiyyətlər tarixdə az-az yetişir…” – MİLLƏT VƏKİLİ

Read Next

“Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm” – MEHRİBAN ƏLİYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir