Şimal bölgəsində temperatur mənfi 18 dərəcəyə çatıb – FOTO

Dekabrın 5-i axşam saatlarından başlayaraq Azərbaycanın şimal bölgəsinə qar yağmağa başlayıb.

Etikxeber.az-ın məlumatına görə, Quba Regional Hidrometeorologiya Müəssisəsindən bildiriblər ki, ən çox yağıntı Quba-Təngəaltı zonasına düşüb. Burada qarın hünüdürlüyü 20 santimetrə çatır. Adətən yağıntının daha çox düşdüyü Xınalıq, Qırız kimi ucqar dağ kəndlərində isə 8-13 santimetrədək qar var. Bununla belə, ən aşağı temperatur da məhz Qırız kəndində qeydə alınıb – mənfi 18 dərəcə.

Qarın hündürlüyü Qusarda 17, Xızının Altıağac qəsəbəsində 10, Xaçmazda 2 santimetr təşkil edir.

Qarın yağması ilə əlaqədar şimal bölgəsində temperatur mənfi 4-10 dərəcəyədək aşağı düşüb.

Hazırda şimal rayonlarına qar yağmaqda davam edir. Proqnoza görə, qarlı hava şəraiti dekabrın 7-dək davam edəcək.

Etikxeber.az

Read Previous

Milli Məclis 2017-ci ilin büdcəsi ilə bağlı 3 günlük müzakirələrə başlayır

Read Next

Növbəti valyuta hərracı keçirildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir