Şimali Koreya növbəti dəfə ballistik raketləri sınaqdan keçirib.
Etikxeber.az-ın məlumatına görə, bu barədə NHK telekanalı Cənubi Koreya müdafiə nazirliyinə istinadən xəbər verib.
Raket Pxönan-Pukto əyalətində yerləşən poliqondan buraxılıb. Tipi məlum olmayan raket Yapon dənizi akvatoriyasına düşüb. Sınaqların nəticələri barədə hələ ki, məlumat verilmir.
Etikxeber.az