Simşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir – SABAH

Azərbaycanda iyulun 25-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Etikxeber.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək, mülayim şimal küləyi arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25°, gündüz 30-35° isti, Bakıda gecə 23-25°, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı – 753 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 50-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal küləyi əsəcək, arabir güclənəcək. Dəniz suyunun temperaturunun şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 23-24°, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir sürətlənəcək.

Havanın temperaturu gecə 21-26°, gündüz 34-39° isti, dağlarda gecə 13-18°, gündüz 20-25° isti olacağı ehtimal edilir.

Etikxeber.az

Read Previous

50 nəfərlik ilk Milli Şura – SONUNCU ÇAĞIRIŞ ALİ SOVETİN ÜZVLƏRİ HARADADIR? – NÖVBƏTİ YAZI

Read Next

Nazir “Vətənə xidmətə görə” ordeni ilə təltif olundu… – SİYAHI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir