Sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış edən Saleh Səmədov DTX tərəfindən saxlanıldı-HAQQINDA HƏBS QƏTİMKAN TƏDBİRİ SEÇİLDİ

Faşizm üzərində Qələbə Günü – mayın 9-da tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış edən İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədov saxlanılıb.

Etikxeber.az APA-ya istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsi Saleh Səmədov barəsində mənimsəmə cinayətlərinə görə 4 aylıq həbs qətimkan tədbiri seçib.

O, AR Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə ittiham olunur.

Qeyd edək ki, mayın 13-də S.Səmədov İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib.

Ağsaqqallar Şurasının İdarə Heyətinin yaydığı məlumata görə, Saleh Səmədov Şuranın adına ləkə gətirən hərəkətlərə yol verib, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozub.

O, həmçinin Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılıb.

Yaxınlarının verdiyi məlumata görə, Saleh Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.

Etikxeber.az

Read Previous

“Heç ağlıma gəlməzdi ki, haçansa kitab yazaram…Amma bəzən elə hisslər olur ki, səni yazmağa, düşündüklərini qələmə almağa vadar edir…Cavidlə bağlı kitabım da məhz bu hisslər, bu düşüncələr altında qələmə alınıb, ərsəyə gəlib…”-BU SÖZLƏRİ 32 YAŞI TAMAM OLAN ŞƏHİD CAVİD SƏFƏRLİNİN ANASI XATİRƏ SƏFƏROVA ÖVLADINA HƏSR ETDİYİ “ŞƏHİD CAVİDİMİN QƏHRƏMANLIQ DASTANI” KİTABININ TƏQDİMATINDA DİLƏ GƏTİRDİ – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

“Konstitusiya və Suverenlik İli” çərçivəsində “İnsan alverinə qarşı birgə mübarizə” mövzusunda-DƏYİRMİ MASA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir