Sinan Oğan da Meral Akşənərin müdafiəsinə qalxdı

Türkiyənin tanınmış siyasətçilərindən olan-əslən Azərbaycan türkü, sabiq millət vəkili Sinan Oğan da partiyadaşı-eks vitse-spiker Meral Akşənərin MHP-dən xaric edilməsinə öz etirazını bildirib.

Etikxeber.az-ın məlumatına görə, o, öz “Facebook” səhifəsində bunları bildirib:

Zamanında damdan düşmüş bir Ülkücü olaraq söyləyirəm: xaric etmək çözüm deyil, çarə Ülkücü iradənin təcəlli edəcəyi qurultaydır…

Qeyd edək ki, S. Oğanın özü də MHP rəhbərliyinə qarşı olan milliyyətçilərdən və başqanlığa iddialı əsas şəxslərdəndir.

Onu da qeyd edək ki, partiya rəhbərliyinə müxalif mövqeyinə görə, S. Oğan 2015-ci ilin 7 iyun seçkilərindən bir az sonra partiya sıralarından xaric, sonra isə məhkəmənin hökmü ilə MHP üzvlüyünə bərpa edilmişdi.

Etikxeber.az

Read Previous

Prezidentin qızı Bakı Şahmat Olimpiadasının altıncı turunun oyunlarına baxdı

Read Next

Ramin İbrahimov bürünc medal uğrunda yarışacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir