“Sinif otaqlarına telefonla daxil olmaq qadağan edilməlidir” – MİLLƏT VƏKİLİ

Uşaqların zərərli informasiyalardan qorunması ilə bağlı qanun layihələrini dəstəkləyirəm. Çünki qlobollaşan dünyada uşaqların sağlam psixoloji ruda tərbiyyə olunması üçün ciddi adımlar atılmalıdır. Hesab edorəm ki, təqdim olunmuş qanun layihələrində nəzərdə tutulmuş dəyişikliklərin bu istiqamətdə böyük əhəmiyyəti olacaq. O cümlədən, təhsil müəssisələrində uşaqların zərərli psixoloji təsirlərdən qorunmasının təmin olunmasını vacib hesab edirəm.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili  Azər Badamov deyib.

Millət vəkili bu yöndə fikir və təkliflərini parlamentin sentyabrın 30-da öz işinə başlayan payız sessiyasının ilk plenar iclasında da dilə gətirdiyini bildirib.

“Hesab edirdim və indi də edirəm ki,  təqdim olunmuş “Təhsil haqqında” qanuna edilən dəyişiklik bu qanuna əlavə edilən 11.6 və 11.7 maddələrdən ibarətdir. 11.6 maddədə Uşaqlar arasında dövrüyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəsisələrində və ya həmin müəsisələrin sərhəddindən yüz əlli metrdən az olan məsafədə yayılmasına yol verilmir.

Bu düzəlişi gerçəkdən vacib hesab edirəm. Amma bununla yanaşı qeyd etməliyik (çıxışımda da demişdim) ki, bu gün internet bütün məkanları sərhədsiz edib. Həm də nəzərə almalıyıq ki, təhsil müəssisələrdinə müəllim və şagirdlərin əksəriyyəti İOS və Android tipli smartfonların istifadəçisidir və demək olar ki, hamısı da internetdən istifadə edir. Biz təhsillə bağlı qanuna əlavə edilən maddədə uşaqlar arasında qadağan olunan informasiya məhsulunun yayılmasını məktəbdən 150 metrdən az olan məsafədə qadağan etsək də, smartfon istifadəçiləri özündən asılı olmayaraq, həmin informasiyanı məktəbin divarları arasına daşımış olur.

azerrrrr

Digər tərəfdən isə dərs zamanı telefonların sinif otağına daxil edilməsinə də qadağa qoyulmalıdır. Çünki telefonlardan istifadəsinə rəsmi icazə verilməsə də, müəllimlərin və şağirdlərin dərs zamanı telefondan istifadə halları heç də az deyil. Dərs prosesi zamanı sinif otağındakı bir telefona gəlmiş bir zəng bütün auditoriyanın diqqətini dərsdən yayındırmış olur və bu da nəticə etibarı ilə  dərs prosesini pozur.

Biz çalışırıq ki, uşaqları məktəblərdə keyfiyyətli təhsillə təmin edək. Düşünürəm ki, telefonların məktəbdə qadağa olunmaması tədrisin keyfiyyətinə mənfi təsir göstərir. Ona görə bir daha fürsətdən istifadə edib, təhsillə bağlı qanuna məktəbə və yaxud da, sinif otaqlarına telefonla girişin qadağan olunmasını nəzərdə tutan bağlı bir maddənin əlavə edilməsini təklif edirəm…”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Ölkəmizdə 50-dən çox fransız şirkəti fəaliyyət göstərir – SPİKER

Read Next

“Avropa Şurasının qətnamələri kağız üzərində qalmamalıdır” – RAFAEL HÜSEYNOV AŞPA-YA SƏSLƏNDİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir