“Siqaretdən imtina edənlərin sayının artmasına nail olmalıyıq” – DEPUTAT

Millət vəkili, Milli Məclisin Səhiyyə komitəsinin üzvü Qənirə Paşayeva Dünya Ürək Günü ilə əlaqədar Azərbaycan Ürək və Damar Cərahiyyəsi Cəmiyyətinin təşkil etdiyi və “Həyatına enerji qat” şüarıyla keçirilən elmi – praktik konfransın açılış mərasimində iştirak və çıxış edib.

Etikxeber.az xəbər verir ki, bu gün bütün dünyada olduğu kimi ölkəmizdə də xəsətlərin sayına görə ürək-damar xəstəliklərinin 1-ci sırada olduğunu vurğulayan millət vəkili  ilk öncə məsələnin elmi tərəflərinə toxunub və bildirib ki gənclər arasında siqaret çəkənlərin artmaması üçün cəmiyyət olaraq daha çox çalışmalıyıq.

Eyni zamanda, siqaretdən imtina edənlərin sayının artmasına nail olmalıyıq.

Rahatsızlıq hiss edən insanların zamanında həkimə müraciətinin əhəmiyyətindən danışan millət vəkili  bununla bağlı, həmçinin, ən vacib məsələ olan sağlam qidalanma və sağlam həyat tərzinin insanlar arasında geniş təbliğinin vacibliyindən danışıb. O, bildirib ki, ürək-damar xəstələrinin sayının artmamasının yolu bundan keçir və hər bir insan ilk öncə özü özünün həkimi olmalıdır.

Hər gün yürüyüşün vacibiyinə də toxunan  Q. Paşayeva məsələnin mənəvi tətəflərinin heç də həkim və dərmandan az rol oynamadığını bildirib:

“Mənim dəyərli bir həkim dostum vardı, deyirdi ki, ürəyinin sağlam olmasının tək yolu huzurdan keçir. Öz ürəyimizin və başqalarının ürəyinin sağlam olmasını istəyiriksə, qəlbimizi sevgi ilə doldurmalıyıq, bir-birimizə pislik üçün deyil, yaxşılıq üçün tələsməliyik, biganə olmamalıyıq, bir-birimizi qorumalıyıq”.

Millət vəkili o zaman ürək-damar xəstələrinin də sayı azalacaq deyib və Tofiq Bayramın cəmiyyətə bu gün də çağırış kimi səslənən “Volakardin” şeirindən bir parşa ilə çıxışını bitirib. 

qanira-yeni

Etikxeber.az

Read Previous

Messa başladı- “İncil”dən sitat gətirildi – YENİLƏNİB

Read Next

“Ermənistan”ın sahibinin oğlunun “Hummer” qudurğanlığı – VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir